Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

V.Reyx: "Həmişə aldanırsan, yenə dilsizsən, Kiçik adam"


Wilhelm Reich
Wilhelm Reich

- "Sən həqiqət deyiləndə dinləmirsən, sən yalnız gurultunu dinləyirsən və sonra “yaşasın!” deyə hayqırırsan."

"Sənə göstərilənlərin içində yalnız bir sözü seçdin: diktator! Başqa şeyləri göyərtədən aşağı atdın: azadlığı, iqtisadi köləliyin çözümünü, gələcək haqda düşüncələri, bunlar da göyərtədən aşağı uçdu."

Görkəmli Avstriya yazıçısı və psixoanalitik Wilhelm Reich'in (18897-1957) bütün insanlığa müraciətlə yazdığı "Dinlə, kiçik adam!" əsərindən bir parça

Dinlə, kiçik adam!

(ixtisarla)

Sənin üzərində güc tətbiq etmək üçün iqtidar sahiblərinə səlahiyyət verirsən. Amma özün dilsizsən.

Səni təmsil etmələri üçün güclülərin daha da güclənmələrinə göz yumursan.

Həmişə aldadılan sən olursan, bunun fərqinə çox gec varırsan.

Sənə fərdi azadlıq deyil, milli azadlıq vəd edirlər. Sənə insani sayğı deyil, milli böyüklük vəd edirlər. “Milli azadlıq” və “dövlət mənafeləri” sözləri sümüyün bir köpəyin ağzını sulandırması kimi sənin ağzını sulandırır və sən onları alqışlayırsan.

Onlar səni bir somvola qurban edirlər. Sən onlara öz üzərində iqtidar verirsən.

Bütün maskaları düşdüyü halda, sənin ağaların elə sənin özün tərəfindən ucaldıldılar, sənin tərəfindən bəsləndilər.

Səndə əsl böyük adamı tanıya biləcək hiss və göz yoxdur, kiçik adam. Onun varlığı, xəyalları, mübarizəsi sənə uzaq və yaddır.

Böyük adam həyatının məqsədini sənin kimi varlı olmaqda, qızlarının qaydalara görə evlənməsində, siyasi karyerada, geyim-keçimdə görmür. Sənin kimi olmadığı üçün ona “dahi”, “qəribə adam” adları yapışdırırsan.

O, sənin çərənçi iclasların yerinə öz fikirlərilə tək qalmağı üstün tutanda onun sosial insan olmadığını deyirsən.

Özünü “normallığın” prototipi çıxarır, ona isə “anormal” söyləyirsən. Onu öz kiçik ölçülərinlə ölçürsən və sənin normallıq ölçülərinə uyğun gəlmədiklərini düşünürsən.

Sən “xalqsan”, “ictimai şüursan”, “cəmiyyətin vicdanısan.” Bəs bu sözlərdə nə qədər böyük məsuliyyət olduğunu heç düşünmüsənmi, kiçik adam?..

Bu dünyada mənim kim olduğuma qərar verən mənəm, başqa bir adam deyil.

Mən bioloji və mədəni bir varlığam, siniflərin, irqlərin, millətlərin fiziki və əqli məhsulu olduğum və siniflərin, irqlərin, millətlərin kiçik faşisti olmadığım üçün qürur duyuram...

Qalileyin məzarı, Florensiya
Qalileyin məzarı, Florensiya

Evlilikdən kənar doğulmuş uşaqlara adlar qoyur, aşağılayırsan... Sən maşınınla Qalileyin ixtira etdiyi körpülərdən keçirsən.

Bəs böyük Qalileyin nikahsız üç uşaq sahibi olduğunu bilirsənmi?

Bunu məktəbdəki uşaqlardan gizlədirsən, amma Qalileyi buna görə incitmiş olmursanmı?..

Sənə göstərilənlərin içində yalnız bir sözü seçdin: diktator! Başqa şeyləri göyərtədən aşağı atdın: azadlığı, əsil şeyləri, iqtisadi köləliyin çözümünü, gələcək haqda düşüncələri, bunlar da göyərtədən aşağı uçdu.

Bu kiçik xətadan sən yalanlardan, işgəncədən, həbsdən, cəlladlardan, gizli polisdən, ordulardan və medallardan ibarət bir sistem inşa etdin.

Sən ya “yaşasın!” deyə qışqırır, ya kart oynayırsan, ya da bir idarədə ürəyin istəməyən işdə işləyirsən…

Öz mənafeyin, akademik adın, dinin, pulqabın, vəzifən, tankın uğrunda hamını ittiham etdin, ləkələdin, böhtan atdın, məhkum etdin, əlil etdin. Busan sən, kiçik adam.

Sən dövlətin böyüklüyünü insanlığın qurtuluşu, kəskin, axmaq partiya nizam-intizamını böyük məqsədlər uğrunda duyulan fədakarlıq arzusu, tankların keçid mərasimini milyonların oyanışı sandın.

Azad sevgini bütün qadınları ələ keçirməklə, yoxsulluğun yox edilməsini bütün yoxsul və zəifləri yox etməklə, süd istəyən uşağı vətənsevər yetişdirməklə, doğum kontrolunu on uşaq anasına medal verməklə qarışdırdın.

Öz mənafeyin, akademik adın, dinin, pulqabın, vəzifən, tankın uğrunda hamını ittiham etdin, ləkələdin, böhtan atdın, məhkum etdin, əlil etdin. Busan sən, kiçik adam.

Sən çox yaxşı boşalda bilər, istehlak edə bilər, qaşıqlaya bilər, yeyib qurtara bilərsən, amma yarada bilməzsən.

Sənin inkişaf üçün, yeni fikirlər üçün heç bir şansın yoxdur. Çünki sən heç zaman vermədin, yalnız başqalarının sənin qarşına hazır edib qoyduqlarını qaşıqladın.

Sən qartal olmaq istəmirsən, kiçik adam, bu səbəbdən leşyeyənlər tərəfindən yeyiləcəksən.

Sən qartallardan qorxursan, bu səbəbdən sürü halında yaşayırsan, daha böyük sürülərin və kütlələrin yemi olacaqsan. İndi sən böyük kütlələr arasında aclıq çəkirsən, böyük kütlələr arasında ölürsən, qartallardansa qorxursan.

Sən Hitler ardıcıllarını yalnız milyonlarla insanı öldürdükdən sonra asırsan. Bu milyonlar öldürülməzdən əvvəl haradaydın və nə düşünürdün? Doğru düşünmək üçün cəsarətin çatmırmı?..

Su borun partlayır və uşağın boğulur, sənsə yenə uşaqların döyüldüyü təhsil və nizamdan yanasan.

Boks yarışı əvəzinə kitab dülanına get, əyləncə mərkəzlərinə getmək yerinə uzaq ölkələrə səyahət et. Təbiəti düzəltməyə çalışma, onu anlamağı və qorumağı öyrən.

Hələ yüzillər boyunca dostlarını öldürəcəksən. Ağalara ağa kimi baxacaqsan. Bu ağanın dalınca o birini ucaldacaqsan. Sən yüzillər boyunca həyatı qorumaq yeirnə qan tökəcəksən, cəllad köməyilə azadlığını möhkəmlətdiyinə inanacaqsan.

Dəliləri içəri saldın və bu dünyanı normal insanlar idarə edirlər...

Sən həqiqət deyiləndə dinləmirsən, sən yalnız gurultunu dinləyirsən və sonra “yaşasın!” deyə hayqırırsan.

Bilirəm, kiçik adam, bir həqiqətdən xoşun gəlməsə, dərhal "dəli" damğası vurursan. Özünə normal deyirsən. Dəliləri içəri saldın və bu dünyanı normal insanlar idarə edirlər...

Sənin ictimai şüur dediyin şey bütün kiçik adamların düşüncələrinin məhsuludur. Hər kiçik adamın içində bir doğru, amma əslində tamam səhv olan bir düşüncə var.

Başqa kiçik adamların düşüncələrindən qorxduqları üçün yanlış düşüncələrə sahibdirlər. Bu səbəbdən doğru düşüncələr ön plana çıxa bilmir...

XS
SM
MD
LG