Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04

Google öz səhvinə görə 10 min dollar ödəyib


Sanmay Ved.
Sanmay Ved.

-

Ötən həftələrdə «Google»un keçmiş işçilərindən Sanmay Ved qısa müddətə də olsa, google.com domenini 12 dollara satın alıb tarixə düşüb.

S.Ved internetdə dolaşarkən təsadüfən bu domenin satış üçün açıq olduğunu görüb. Əvvəlcə inanmayıb, bir səhv olduğunu düşünərək, nə baş verdiyini anlamaq üçün internet satınalmasını gerçəkləşdirib. Beləliklə, o, dünyanın ən reytinqli saytını cəmi 12 dollara alıb.

«Google» isə bunun bir xəta olduğunu bildirib və domeni Ved-dən geri tələb edib. Bu zaman şirkət Sanmay Ved-ə pul mükafatı vəd edib.

«Business Insider»ə danışan şirkətin keçmiş əməkdaşı bunu pul üçün etmədiyini və pul mükafatını «Yaşayan Hindistan sənəti» vəqfinə bağışlayacağını deyib.

«Google» bundan sonra mükafatı ikiqat artırıb. 10 000 dollara yaxın mükafat bir il ərzində 64 uşağın təhsil, qida, səhiyyə və digər xərclərinə sərf olunacaq.

Ümumiyyətlə, internetdə haqqı ödənilməmiş domenlər bir müddət sonra təzədən açıq elan olunur və satışa çıxarılır. Görünür, hansısa təsadüfdən dünyanın ən bahalı domenlərindən biri olan google.com da «haqqı ödənməmiş» domenlər siyahısına daxil olub.

XS
SM
MD
LG