Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

Detektiv yazıçıları İstanbula toplaşırlar


Agatha Christie
Agatha Christie

- "Agatha Christie'nin nəvəsi Mathew Pichard da İstanbulda keçiriləcək bu unikal festivala gələcək."

"Şərq ekspresində qətl"in yazıldığı oteldə

Dünya şöhrətli detektiv yazıçısı Agatha Christie'nin 125 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrində Qara Həftə Fetsivalı keçirilir.

Bu festivalların biri də İstanbulda oktyabrın 22-24-də baş tutacaq.

Bu münasibətlə dünyadan tanınmış detektiv yazıçıları (Britaniyadan Alexander McCall Smith, ABŞ-dan Leslie S. Klinger, İtaliyadan Roberto Costantini, İsveçdən Arne Dahl, Kolumbiyadan Mario Mendoza Zambrano) İstanbulda toplaşacaqlar.

Oktyabrın 24-də həmin detektiv yazıçıları İstanbulda dörd kitab dükanında oxucular üçün kitab imzalayacaqlar.

Agatha Christie'nin nəvəsi Mathew Pichard da İstanbulda keçiriləcək bu unikal festivala gələcək.

Bu kimi mövzularda müzakirələr olacaq: “Qadın detektiv yazıçılar”, “Qatili tutmaq”, “Agatha Christie’nin "Cinayət və Cəza"sı”, “Detektiv bir populyar janr kimi”, “Detektiv şəhər hekayəsi kimi”, “Detektivlər baş qəhrəmanlar kimi” və s.

Festival Pera Palace Jumeirah otelində keçiriləcək, çünki bu otel Agata Christie'nin İstanbul səfərlərində qaldığı yer olub. Oteldə Agatha Christie'nin kitablarının ilk nüsxələri sərgilənəcək.

Agata Christie Pera Palace Jumeirah otelinə 1926-1932-ci illərdə tez-tez gəlib. Məşhur kitablarından biri olan "Şərq ekspresində qətl”-i bu oteldə, 411-ci otaqda yazıb. İndi bu otaq "Agatha Christie otağı" adlandırılır.

Festivalın bütün müzakirə və tədbirləri ictimaiyyət üçün pulsuz olacaq.

XS
SM
MD
LG