Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:42

Azərbaycanlı neft maqnatının ərköyün övladı Günəşdən qaçır


Fərhad Mammadov
Fərhad Mammadov

- "Şimal DRES elektrik stansiyasında gedən təmir zamanı yapon mühəndislərin tərcüməçisi kimi gecə növbəsində işləyəndə “Qorxulu Əhvalatlar” silsiləsinə start verməyi qərara aldım."

“Tamamla” adlı povestimdə mövzu qıtlığından əziyyət çəkən azərbaycanlı Nobel laureatı yazıçı yeni multi-müəllif üslubu yaradaraq, əsərini ayrı-ayrı peşə sahiblərinə yazdırır və hər müəllif əsərin bir fəslini bitirdikdən sonra onu qətlə yetirir.

“Qanun nəşriyyatı öz hesabına Birinci Kitab seriyasından “On il zirzəmidə” və “Neyrotron layihəsi” adlı hekayəmi kitab şəklində dərc edib."

Gənc elmi fantastika yazarı Fərhad Məmmədovla müsahibə

Fərhad Məmmədov
Fərhad Məmmədov

- 1987-ci ildə Mərdəkanda anadan olmuşam. Xarici Dillər təmayyülü gimnaziyanı (9 illik) və 181 saylı Pilot məktəbini (11 illik) bitirib, 2004-cü ildə Qərb Universitetinə tərcümə fakültəsinə daxil olmuşam, bakalavr dərəcəsini 2008-ci ildə almışam.

Yazıçılığa “Sürrealizm və ya zaman itkinləri” adlı hekayəmlə 2007-ci ildə başıamışam. Savlador Dalinin müəmmalı ölümündən və onun şedevr əsəri sayılan “Yanan Zürafə” rəsminin zaman-məkan anlamında fövqəltəbii potensialından bəhs edir.

Həmin hekayəni Rüstəm İbrahimbəyovun Bakıda açdığı (sonradan layihə nədənsə donduruldu) Kino Kollecinə ikinci imtahandan keçmək üçün etüd olaraq təqdim etmişdim və əsərimin İctimai telekanalın hazırkı rəhbəri Cəmil Quliyev və Rüstəm İbrahimbəyov tərəfindən bəyənilməsindən sonra növbəti mərhələyə adlamışdım.

Hərbi xidməti başa vurduqdan sonra Şimal DRES elektrik stansiyasında gedən təmir zamanı yapon mühəndislərin tərcüməçisi kimi gecə növbəsində işləyən zaman “Qorxulu Əhvalatlar” silsiləsinə start verməyi qərara aldım.

2008-ci ildə Azərbaycanlı alimlərin apardığı gizli psixo-nevroloji eksperimentlərdən bəhs edən "Neyrotron layihəsi", ardınca ingilis dilində gələcəkdə BMT-nin müstəqil qurumu kimi fəaliyyət göstərəcək dünyada yaşayan müxtəlif səfillərin mübadiləsi və reabilitasiyası haqqında "Bolero layihəsi" (sonradan Azərbaycan dilinə də tərcümə etdim) yazdım.

Ardınca Şamaxının qondarma Tağımlı kəndində bir qrup gəncin teleportasiya zonasına düşüb 2 gün ərzində itkin düşmələrindən bəhs edən “Qafqazlı UNO” hekayəmi, özünü insan hesab edən robotdan bəhs edən “On il zirzəmidə” hekayələrimi yazmışam.

“Tamamla” adlı povestim isə triller janrındadır və əsərdə mövzu qıtlığından əziyyət çəkən azərbaycanlı Nobel laureatı yazıçı yeni multi-müəllif üslubu yaradaraq, əsərini ayrı-ayrı peşə sahiblərinə yazdırır və hər müəllif əsərin bir fəslini bitirdikdən sonra onu qətlə yetirir.

“Qanun” nəşriyyatı öz hesabına Birinci Kitab seriyasından “On il zirzəmidə” və “Neyrotron layihəsi” adlı hekayəmi kitab şəklində dərc edib.

2012-ci ildə ilk pikaresk romanım "Böyük Sui-qəsd Nəzəriyyəsi" əsərimi ərəsəyə gətirmişəm. Roman şəxsiyyətin ikiləşməsindən əziyyət çəkən gəncin Gömrük Xidməti ilə gizli sövdələşməyə getməsi, ölkədə kosmetikanın qadağan olunmasıyla bağlı böyük sui-qəsddən bəhs edir.

Daha sonra “Məzar Pıçıltısı” adlı qısa hekayə və ardınca Azərbaycanın gələcək kosmik stansiyasında çəkisizlik şəraitində baş verən müəmmalı qətl hadisəsindən bəhs edən roman yazmışam.

Bundan başqa, Atskuri-Severnaya və real ölüm faktlarına əsasən “Aqoniya - Bədənin son müqaviməti” adlı əsər yazmışam.

- Son kitabınızı xarici e-kitab səhifələrinə qoymusuz. Maraqlı süjet xətti var.

e-kitab
e-kitab

- Sonuncu qısa romanım "Sundowning Diary" (Günbatan sindromu) adlanır, Dementiyanın son dərəcə nadir növü olan bu sindromdan əziyyət çəkən azərbaycanlı neft maqnatının ərköyün övladı və onun günəşin təqibində fasiləsiz dünya səyahətindən bəhs edir.

Əksər e-kitab saytlarında, "Smashwords", "free-ebooks", "Scribd", Türkiyənin ən çox oxunan "pdfkitapoku" portalında yayımlanıb.

Bundan başqa, yeni ədəbiyyat nümunələrinin tanıtımı ilə məşğul olan "New Pages" dərgisi romanimi qəbul edilmiş kitabların siyahısına daxil edib

- Öz-özünü nəşr etmək ("Self publishing"), bir kitabı pulsuz elektron kitab kimi yaymaq, populyarlaşdırmaq üçün bu gün geniş imkanlar var. Dünyada belə kitabların sayı minlərlədir, onların arasında uğurlu ola bilmiş, seçilə bilmiş məşhur kitablar var.

Sizcə, dünyaya çıxmaq qayğısı çəkən Azərbaycan gənc yazıçıları niyə dünyaya çıxmağın bu üsulunu sınamırlar?

- Bəli, "self-publishing" dünyada çox inkişaf edib. Azərbaycanlı yazıçıların və şairlərin dünyaya çıxması üçün yeganə maneə dil baryeridir.

Azərbaycan ədəbiyyatı mövzu və kontent qıtlığından əziyyət çəkmir. Sadəcə işdən əlavə vaxt ayırıb, rus və ya ingilis dilini mükəmməlləşdirmək və xarici ədəbiyyat saytlarına, dərgilərinə hücum çəkmək lazımdır.

Dediklərim genişmiqyaslı xarakter alsa, azərbaycanlılar dünya ədəbiyyatında öz sözünü deyəcəklər.

- Sevdiyiniz, oxuduğunuz yazıçılar kimlərdir?

- Ən sevdiyim yazıçılar Stephen King, Ayzek Azimov, Ceymz Çeyz, Dostoyevski, Ray Bradbury, ən sevdiyim əsər Henry Haqqard'ın "Montesumonun qızı" adlı asteklərin yoxa çıxmış sivilizasiyasından bəhs edən romanıdır.

Azərbaycandan Rasim QaracaElçinin əsərlərini bəyənirəm. "Qanun" nəşriyyatının dərc etdiyi "On il Zirzəmidə" adlı kitabımda epiloq qismində gələcək zamanın xronologiyasını yazmaq məhz Rasim müəllimin ideyası olub.

Oxu Zalı

XS
SM
MD
LG