Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:54

Çingiz Hüseynovdan gənc yazarlara 10 məsləhət


Çingiz Hüseynov
Çingiz Hüseynov

- "Gənc yazarlara məsləhətlər" rubrikamızda bu dəfə İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovun tövsiyələrini təqdim edirik.

1. Hamıya bu ifadə məlumdur: yazmaya bilirsənsə - yazma. Mən isə deyərdim: yazmaq könlündəndirsə - yaz, dəyərli, samballı yazı alınmasa da, heç olmasa başqalarının yazılarını daha dərindən dərk etməyə təcrübə qazanarsan.

2. Dilin müqəddəsliyinə inam. İlahi vergisidir. “Qələm cihadı” mənasında.

3. Sözü onun-bunun xoşuna gəlmək üçün yalana öyrətmək bəşər qarşısında, insan qarşısında ən böyük günahdır, odur ki, həqiqət hər şeydən, vətənpərvərlikdən də, üstün olub, olmaqdadır və olacaq.

4. Və bunu da bilmək ki, həqiqəti azlıq təşkil edən yuxarı təbəqə də eşitmək istəmir, çunki onlara sərfəli deyil, işləri-duyğuları yalan üstündə qurulub (belə olub, belə də olacaq), nə də çoxluq təşkil edən aşağı təbəqə, çünki (bu, təəssüf, hələ də belədir) qul təbiətlidir, odur ki, iki tərəfdən rədd olunacaqsan (yazarın aqibəti budur).

5. Yalan şirindir, yaltaqlıq - mənfəətli (rütbələr, nişanlar, nemətlər, qonorar və s.), həqiqət isə - acı və cəmiyyətə müxalif (bu haqda çox deyilib).

6. Ağrıdan doğur yazı. Elə ağri ki, yazmasan ürəyin dayanar.

7. Odur ki, səni incidən ağrı yükündən xilas olmaq naminə ilk-əvvəl məhz özün üçün yazırsan, bunun da mənası odur ki, özün özünü aldatmayacaqsan, özün özünə yalan söyləməyəcəksən, olduğunu, səni narahat edəni deyəcəksən.

8. Əlçatmaz olsalar da: böyük arzular, uca məqsədlər, yüksək niyyətlər Qələmi hərəkətləndirməlidir. Yaxşı mənada – şöhrətpərəstlik olmalıdır.
9. Dünyəvi əsərlərə arxalanmaq, heç olmasa, ən azı, ən azı – ehtirasların təsviri baxımdan – İliada, Don Kixot və Şekspir, daha Floberi-Folkneri-Mannı və s. demirəm: ilk sözdən son cümləyəcən, tənbəllik etmədən.
Və bir paradoks: Gördüyndən, varlığindan uzaqlaşa-uzaqlaşa ona yaxınlaşmaq və yaxınlaşa-yaxınlaşa uzaqlaşmaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG