Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Tale Heydərov «Qəbələ»dən razıdır


Tale Heydərov
Tale Heydərov

-

«Yaxşı oynadıq. Hər kəs bizdən qələbə gözləyirdi. Amma bu dəfə alınmadı».

Trend-in məlumatına görə, bu sözləri «Qəbələ»nin prezidenti Tale Heydərov Avropa Liqasının qrup mərhələsində evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

T.Heydərov qrupun ilk matçında qazanılan bir xalın da pis nəticə olmadığını bildirib:

«Çalışacağıq növbəti matçlarda 3 xal qazanaq. Amma bizim üçün qrupun ilk oyununda bir xal qazanmaq pis nəticə deyil. Yeni transferlərimiz də özlərini yaxşı tərəfdən göstərdilər. Çalışıram ki, hər oyunda komandamın yanında olum. Böyük ehtimalla, «Krasnodar»la səfər matçında da komandanın yanında olacağam».

XS
SM
MD
LG