Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Fransa öz “Möhtəşəm yüzil”ini çəkir…


Versal sarayı (rəsm)
Versal sarayı (rəsm)

-

Fransada “Versailles” adlı serialın çəkilişlərinə başlanıb.

Habertürk-ün yaydığı xəbərə görə, fransızlar tarixdə “Günəş Kral’ adıyla xatırlanan 14-cü Lüdovik dönəmində sarayda yaşanan iqtidar oyunları haqda serialı beynəlxalq bazara çıxa bilməsi üçün ingiliscə çəkməyə qərar veriblər.

“FRANSIZ KRAL NECƏ İNGİLSİCƏ DANIŞA BİLƏR?”

Serialin ingiliscə çəkilməsi və aktyorların çoxunun ingilis olması fransızların qüruruna toxunduğundan, serial birmənalı qarşılanmayıb.

“Fransız Kral necə ingiliscə danışa bilər”-deyə seriala ağız büzənlər də var.

“FRANSADA FRANSIZ DİLİ İKİNCİ DİL?”

“Cümhuriyyətçi Dil Qrupu”nun lideri Gaston Pellet də 14-cü Lüdovik haqqında ingiliscə film çəkilməsini uyğunsuz sayıb. Müsyö Pellet: ”İngilis dilinə qarşı deyilik, amma Fransada fransız dilinin ikinci dil olmasını da qəbul edə bilmərik”-deyib.

10 BÖLÜM - 27 MİLYON AVRO!

“Versailles” serialının ilk 10 bölümü 14-cü Lüdovikin uşaqlıq və gənclik çağlarını canlandırır.

Fransanın Canal+ televiziyası tərəfindən ingilis prodüserlər Simon Mirren ve David Wolstencorf’a tapşırılan serialın ilk 10 bölümünün maliyyəsinin 27 milyon avrodan çox olacağı açıqlanıb.

Bu, Fransa televiziya tarixinin ən bahalı filmi olacaq.

SERİALDA HƏR ŞEY KRALLARA LAYİQ OLACAQ…

Serialın ssenaristi və rejissoru Jalil Lespert-dir. O, 2014-cü ildə 13 milyon 933 min dollara başa gələn“Yves Saint Laurent” adlı filmin də ssenariçisi və rejissoru olub.

Serialda baş rolu ingilis aktyor George Blagden canlandırır.

Serial üçün 14-cü əsrə aid 400 kostum hazırlanıb.

34 fasonda tikilən kostyumlara 2 kilometrdən çox parça işlənib.

Çəkməçilərə 650 cüt məxsusi ayaqqabı sifariş olunub.

Serialın ilk bölümünün noyabrın sonlarında göstəriləcəyi bildirilir.

Versal Fransanın krallar oturan sarayının adıdır.

Serial adını əvvəllər ov köşkü olub, sonralar 14-cü Lüdovik tərəfindən böyüdülərək möhtəşəm bir məkana çevrilən saraydan alıb.

XS
SM
MD
LG