Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:00

«Samsung» yeni ağıllı saatlarını tanıtdı


Gear S2
Gear S2

-

«Samsung» şirkəti yeni ağıllı saat seriyasını təqdim edib.

Şirkət uzun müddətdir haqqında danışılan «Gear S2» və «Gear S2 Classic» modellərini rəsmən tanıdıb.

İKİ AYRI MODEL GƏLDİ

Oval və yumşaq dizayn xətlərinə sahib iki model bir-birlərindən istifadə məqsədləri ilə fərqlənirlər. «Gear S2» kauçuk qayışı ilə daha çox idman üçün nəzərdə tutulub. «Gear S2 Classic» dəri qayışla gündəlik istifadə üçün düşünülüb.

TEXNİKİ İMKANLARI NECƏDİR?

Yeni «Samsung Gear» modelləri 1.2 düymlük Super AMOLED ekrana sahibdirlər. 1GHz əməliyyatçı ilə «Gear 2» və «Gear 2 Classic»in 512 MB RAM-ı, 4 GB daxili yaddaşı var.

Yeni cihazlar əvvəlkilər kimi «Tizen» platformasında hazırlanıb, «Samsung»un «Gear app»lərini dəstəkləyirlər.

11.4 mm qalınlığında saatların 250 mAh batareya ilə 2 və ya 3 gün enerji saxlayacağı gözlənilir.

3G MODEL DAHA QALINDIR

Cihazların xüsusi, 3G dəstəkli növü də istifadəyə veriləcək. 3G model standart modeldən 2 mm qalındır. Bu qalınlığa səbəb daha güclü batareyadır. 3G model üçün 300 mAh-lıq batareya seçilib.

«Gear S2» modellərinin satış tarixi və qiyməti hələlik açıqlanmır.

XS
SM
MD
LG