Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:50

Sələfilərlə sufilər arasında dava


Illüstrasiya fotosu
Illüstrasiya fotosu

-

Son üç ayda ikinci dəfədir ki, İnquşetiya rəhbəri Yunus-bek Yevkurov respublikanın müftisi İssa-Hadjı Khamkhoyev ilə populyar vaiz Hamzat Chumakovun tərəfdarları arasında gərginliyi aradan qaldırmağa cəhd göstərir.

Yevkurovun köməkçisi Kharon Torshkhoyev ötən həftə “Kafqazskiy uzel”ə müsahibəsində Nasyr-Kort məscidi ətrafında baş verənləri şərh edəndən və vaiz Hamzat Chumakova qarşı tənqidi fikirlər söyləyəndən sonra istefa verməyə məcbur edilib.

Adının açıqlanmasını istəməyən mənbələr bildirir ki, İnquşetiya rəhbəri Torshkhoyev-in iradlarının öz “sülhsevər” imicinə mənfi təsir göstərdiyini güman edir.

Chumakov səkkiz ildir Şimali Qafqazda bir çox müsəlman gəncə güclü təsiri olan xarizmatik lider sayılır. Onlar hesab edirlər ki, hakimiyyətdən maliyyələşən dini xadimlər ələ alınıb, nüfuzlarını itiriblər və öz dini borclarını yerinə yetirmək əvəzinə hakimiyyətə xoş gəlməyə çalışırlar. Chumakovun özü uzun müddətdir ki, korrupsiya ittihamları ilə İnquşetiya hakimiyyəti üçün başağrısına çevrilib.

Chumakov birgə namazın əleyhinədir?

Yevkurov
Yevkurov

Dini qruplar arasında qarşıdurma iyunun əvvəlində qızışıb: İyunun 5-də respublikanın müftisi İssa-Hadjı Khamkhoyev birgə cümə namazı qılmaq üçün digər din xadimləri və tərəfdarları ilə birlikdə Chumakovun moizə dediyi Nasir-Kort məscidinə gəlib.

Yerkurovun Chumakova rəğbəti yalandırmı, yoxsa özünün ədalətli vasitəçi imicinimi yaradır, bunu söyləmək çətindir.

Çeçenistanda, Dağıstanda, İnquşetiyada geniş yayılmış Şəfii təriqətinə görə, cümə namazı bir məsciddə qılınmalıdır.

Nasir-Kort məscidində tərəflər arasında narazılıq yaranıb, dava düşüb, münaqişəyə polis müdaxilə edib. Məscid polis tərəfindən əhatəyə alınıb. Hərçənd davada heç kəs ciddi xəsarət almayıb.

Şəriət məsələləri üzrə doktor Abo Qanijev “Kafkazskiy uzel”ə deyib ki, rəsmi dini qurum tərəfdarları mayın 15-də Maqasda keçirilən beynəlxalq ilahiyyat konfransının nəticələrindən razı qalmamışdı. Onun sözlərinə görə, “birgə namazin əleyhinə olan Hamzat Chumakov çoxdandır müftiyə qarşı müxalifətdədir”.

İnquşetiya rəhbəri Yevkurov əvvəlcə məscidi müvəqqəti bağlayacağını dedi, sonra isə tərəfləri yaranmış fikir ayrılığını öz aralarında həll etməyə çağırdı.

Kənd sufiləri məsciddən qaçaq düşüb

Inquşetiya - Nazran məscidində namaz
Inquşetiya - Nazran məscidində namaz

Heç bir həftə keçməmiş gündəlik “Nezavisimaya Qazeta”da dini məsələlər üzrə yazar Vladislav Maltsevin “Sələfilər İnquşetiyaya öz qaydalarını sırımağa çalışırlar” adlı məqaləsi dərc olundu.

Müəllif məqalədə yazır ki, 12 minlik əhalisi olan İnquşetiyada çoxları sufizmi dəstəkləyir və bu inanca söykənir. Çumakov isə regionun ənənəvi sufizm təriqətinin qaydalarına qarşı çıxır. Sələfilər və sufilər arasında qarşıdurma iyunun 5-də kulminasiya həddinə çatıb. Kütləvi dava ibadət zamanı baş verib.

Müəllif yazır ki, Chumakov Nasır-Kort məscidində birgə namazın keçirilməsinə qəti şəkilldə etiraz edib və deyib ki, buna imkan verilməyəcək. Müəllif İnquşetiya rəhbərinin keçmiş yardımçısı Torshkhoyev-in müsahibəsindən sitatlar gətirir:

“Sakinlər məcbur olurlar ibadət üçün başqa kəndlərin məscidlərinə getsinlər. Chumakov moizə demir, əhalinin əksəriyyətinin inancını ələ salır. Nasir-Kort məscidinə ibadətə gələn sufilər yeni qaydalarla razılaşmayıblar. Müfti Chumakovu məscidin imamı təyin etməyib, sakinlər onu seçməyib, məscidin imamı Ruslan Chakiyevdir, amma ona moizə etməyə belə imkan verilmir. Öz novbəsində, sələfilər sosial şəbəkələrdə qruplaşıblar. İyunun 5-də Vkontakte-də belə bir elan yayılıb ki, İnquşetiyanın, Çeçenistanın, Dağıstan və Kabardino-Balkariyanın sələfiləri Nasır-Kort kəndinə gedib Hamzat Chumakovu müdafiə etsinlər.

"Qarşıdurmada maraqlı olan siyasi qüvvələr var"

Ramzan Kadyrov
Ramzan Kadyrov

Chumakov da öz növbəsində kavpolit.com saytına veridyi müsahibəsində deyib ki, sufilərin Nasir-Kort məscidində ibadətinə heç bir maneə yoxdur. Vaiz İnquşetiya müsəlmanları arasındakı qarşıdurmada “bəzi siyasi qüvvələrin” maraqlı olduğunu bildirir.

Yerkurovun Chumakova rəğbəti yalandırmı, yoxsa özünün ədalətli vasitəçi imicinimi yaradır, bunu söyləmək çətindir. Hər halda Çeçenistan rəhbəri Ramzan Kadırovin Chumakovu müdafiə etməsi Kremlin münasibətini də göstərə bilər. Kadırov onu “nə terroristdir, nə də vəhhabi” deyə xarakterizə edib.

Onu da qeyd edək ki, son aylarda ölkə mətbuatında Yevkurovun 4 müsahibəsi dərc olunub. O, heç bir müsahibəsində Chumakovu xatırlatmayıb.

XS
SM
MD
LG