Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:20

Qarabağa köçmüş milyonçunu tutdular


German Sterligov
German Sterligov

Rusiyalı iş adamı German Sterligov Moskvanın Domodedovo hava limanında saxlanılıb.

Bu barədə Rusiyanın TASS agentliyi onun vəkilinə istinadla məlumat yayıb.

Vəkil Artur Ayrapetovun sözlərinə görə, o avqustun 31-i saat 17 radələrində Yerevandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb.

Vəkil bildirib ki, bu çox güman ki, Sterligovun beynəlxalq axtarışa verilməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan hökuməti bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə, German Sterligovu beynəlxalq axtarışa verib.

O Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Faktla bağlı cinayət işi açılıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Sterligov bir müddət əvvəl ailəlikcə Dağlıq Qarabağa köçdüyünü elan etmişdi.

XS
SM
MD
LG