Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Amma adımız olmasın da


Rəşad Babalı
Rəşad Babalı

- Rəşad Babalı

Orta statistik dialoq

- Salam Rəşad. Nətərsən, qaqa? Nə vaxtandı səni axtarıram.

- Salam. Nə məsələdi yenə?

- Yenə həmənki işindəsən?

- Həmənki hansı?

- Jurnalistika dana. Müsabiqə zad alırdın e.

- Müsabiqə yox, müsahibə.

- Əşşi nəysə, çürükçülük qanınızdadı.

- De görüm dərdini.

- Bilirsən, qaqa, yenə vergilər mazqi eliyir. Bir partiya olimpiyadadan qabaq yığdılar, indi yenə yığmaq istəyirlər. Neftin pulu düşür deyə əvəzini bizdən çıxırlar. Deyirəm bəlkə bu barədə yazasan.

- Nə yazım?

- Yaz ki, vergilər sahibkarları incidirlər. İmkan vermirlər xalq qazansın. Bir kismat çörəyi burnumuzdan gətirirlər. Amma adımız olmasın da.

- Konkret hara yazmaq lazımdı?

- Bax da sən. Gör hara uyğun görürsən. Sən Allah elə yaz ki bir xeyri olsun da.

- Xərci var.

- Nə xərci?

- Necə yəni nə xərc? Yazmağın əl haqqısı. Əziyyətin əvəzi olmalıdı da.

- Qaqa, bəs sən jurnalistliklə məşğul deyildin? Bəs sən deyildin düzdüyhdən danışan?

- Uje danışmıram. İstefa vermişəm onlardan.

- Bəs biz sizə güvənirdik.

- Alə, icra hakimiyyətində Allahın vasitəçisinə xahiş-minnətlə pul verirsiniz ki işinizi düzəltsin. Mənə gələndə yadına düşür ki, həyatda təmiz işləyənlər var? Mən artıq o cür işləməyəcəm. Ayrı vaxtı demirdin ki burax bu müxalifətçiliyi? Sən də o biriləri kimi başını aşağı sal dolan deyirdin. Mən də o biriləri kimi edirəm. Bax haqqını ver elə yazı guppuldadım ki.

- Pahoooo, bu olmadı ki.

- O zaman get vergi nə deyir onu da ver.

- Onda gedəcəm hökumət qəzetlərinə….

- Ha, ha, ha, ha. get gör nə qədər qiymət oxuyurlar. Səndən pul alacaqlar. Sonra da sənin şikayətini aparıb qoyacaqlar onların stolunun üstünə, onlardan da qopardacaqlar. Bu ən yaxşı halda olacaq. Çox vaxt heç oralarına da almayacaqlar sənin şikayətini. İnanmırsansa sına.

- Əşşi, bir dəfə qələt elədim onlara ağız açdım.

- Tak şto, mən dediyimə gəl. Hə, bir şey də deyim. Mən yazsam anonim-zad yazan deyiləm. Mütləq sənin adın da olmalıdı.

- Olmasa olmaz?

- Yox, atam balası. Əvəzinə mən qabağa düşüm deyirsən? Elə şey yoxdu uje. O qaldı keçmişdə. Bir qələtdi elədim elə fikirləşmişəm. Hərə öz hayın qalsın.

- Bundan sonra yanımda hakimiyyət elə elədi-zad desən yadına salacam ha….

- Qaqa, hakimiyyətin elədiklərindən sən danışacaqsan bundan sonra.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG