Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Yük maşınında ölən 50 miqrantın xatirəsi yad olunub


Miqrantlar Macarıstan sərhəddini keçir, avqust 2015
Miqrantlar Macarıstan sərhəddini keçir, avqust 2015

Avstriyanın Eisenstadt regionunda bir qrup yerli sakin yük maşınında ölən miqrantların xatirəsini yad ediblər. Onlar ölənlər üçün şamlar yandırıb, çiçəklər düzüblər.

Sakinlər həmin miqrantlara məzarlıq ayrılmasını və onların dəfn edilməsini istəyiblər. Eisenstadt sakinləri “Qaçqınlar xoş gəlmisiz” yazılan plakat qaldırıb və onlara Avropaya təhlükəsiz keçidinin təmin edilməsinə çağırıblar.

Yerli fəallar bildirib ki, bu hadisə Avropa liderlərinin oyanması üçün signal olmalıdır.

Avqustun 27-də Avstriyanın Macarıstanla sərhədinə yaxın ərazidə polis yük maşınında 50-yə yaxın ölmüş miqrant aşkarlayıb.

AVROPA LİDERLƏRİ XƏBƏRDƏN SARSILIB

Almaniya kansleri Angela Merkel bildirib ki, bu hadisə Balkan sammitində iştirak edən Avropa liderlərini sarsıdıb. Liderlər avqustun 26-da Avstriyanın paytaxtı Vyanaya toplaşıb, Avropadakı miqrant böhranını müzakirə ediblər.

2015-ci ildə Avropaya üz tutan miqrantların sayı kəskin artıb. Onların əsas hədəfi Almaniyadır. Bu il Almaniyaya bütün Avropa ölkələrindən daha çox - 800 mindən çox adam sığınacaq üçün müraciət edib. Keçən ay Avropa Birliyinin sərhəddini rekord həddə- 107 min 500 miqrant keçib.

Macarıstan miqrant axınının qarşısını almaq üçün səyləri artırıb. Şimal sərhədini havadan helikopterlər, qurudansa polis qoruyur.

XS
SM
MD
LG