Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Nazirlikdən «dərman qıtlığı» açıqlaması


Foto illüstrasiya
Foto illüstrasiya

-

Səhiyyə Nazirliyi son günlər «Akineton», «Fenazepam» və «Alflutop» adlı dərmanların apteklərdə tapılmaması barədə yayılan məlumatlarla əlaqədar rəsmi açıqlama verib.

Nazirlikdən bildirilir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulan təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil.

«Akineton» adlı dərman vasitəsi Azərbaycanda istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçmədiyindən, onu almamaq tövsiyə olunur. Amma həkimin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş «Trihexyphenidyl», «Carbidopa» və «Levadopa» tərkibli dərman vasitələrindən istifadə etmək olar.

«Fenazepam» preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

«Alflutop» preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxondrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur. Onlardan «Chondroitin sulfat», «Glucosamine sulfat» və «Alendronic acid» tərkibli dərman vasitələrini göstərmək olar.

XS
SM
MD
LG