Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:23

Rauf Mirqədirov xəstəxanaya köçürülür


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov avqustun 25-də Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək.

Bu haqda vəkil Fuad Ağayev məlumat verib.

R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunub.

O, dövlətə xəyanətdə ittiham olunur. Müdafiə tərəfi ittihamları qurama adlandırır.

XS
SM
MD
LG