Keçid linkləri

Təcili xəbərlər

Ucuz manata salam, neftə əlvida?..


Bakıda valyutadəyişmə məntəqəsi.
Bakıda valyutadəyişmə məntəqəsi.

-

BU HƏFTƏ SOVUŞSA...

İnsanların diqqəti manatın məzənnəsində, mal və xidmətlərin durmadan artan qiymətlərində, bir də neftin qiymətinin eniş-yoxuşlarında. Bu durumda başqa mövzuda yazmağa nə həvəs var, nə də zərurət...

Təhlilçilər bu həftəni kritik həftə sayırlar, axı ötən həftənin sonundan bəri qiymətlər hiss olunacaq dərəcədə qalxıb. Hökumət bahalaşmaya dərhal reaksiya verib, narahatlığa heç bir əsas olmadığını bildirsə də, artımlar aradan qaldırılmadı. Əksinə, valyutadəyişmə məntəqələrində problemlər yaşandı...

İndi insanlar gözləmə vəziyyətindədir. Avropa Oyunları başlamazdan öncə də eyni ovqatdaydılar. Axı o vaxt oyunlar bitincə qiymətlərin dərhal artacağı təşviş doğururdu...

İndi neftin də qiyməti böhran həddinə çatıb – 40 dollar ətrafında «oynayır». Rus rublu və Qazaxıstan tengesinin başına gələnlər də hamıya bəllidir...

O üzdən indi hamı manatın məzənnəsi barədə açıqlama gözləyir. Amma adətən, belə proseslər qəfil baş verir. Elə bu da narahatlığı artıran amillərdəndir. Mütəxəssislər buna «psixoloji inflyasiya» deyirlər – insanlar dərhal öz ehtiyatlarını sabit valyutaya - dollara çevirməyə cəhd göstərir və çoxlu alış-veriş edərək, sanki bu yolla özlərini böhrandan sığortalayacaqlarını düşünürlər... Di gəl, bütün bunlar, sadəcə, vurnuxmadır. Heç bir alış-veriş sənə uzunmüddətli təminat verə bilməz...

NORMAL SEÇKİ OLSAYDI...

Hökumətin reaksiyası haqqında bir az əvvəl yazdım. Bahalaşmanın ilk dalğasında da hökumət insanları sakitləşdirməyə çalışmış və elə bir dəyişikliyin olmayacağını demişdi. Amma oldu...

Azərbaycanda ədalətli və demokratik seçkilər olsaydı, parlament seçkisi ərəfəsində qiymətlərin kəskin dəyişməsini istisna etmək olardı. Amma nə belə seçkilər keçirilir, nə də hökumətin ictimai rəydən asılılığı var...

İndi də neftin qiyməti hökumətin son hədd kimi müəyyənləşdirdiyi həddən xeyli aşağı düşüb. Aydın məsələdir ki, ciddi tədbirlər görülməsə, büdcədə böyük kəsir yarana bilər...

Hökumət bir neçə həftə öncə toplanıb iclas keçirsə də, indiki proseslərə toxunmamışdı. Azərbaycanda ədalətli və demokratik seçkilər olsaydı, parlament seçkisi ərəfəsində qiymətlərin kəskin dəyişməsini istisna etmək olardı. Amma nə belə seçkilər keçirilir, nə də hökumətin ictimai rəydən asılılığı var...

Olsa-olsa, hökumətin özünə gərəkli vaxtda manatın kursuna yeni dəyişiklik etməsi ağlabatan görünür...

Hamıya bəllidir ki, manatın indiki qiyməti bazar qiyməti deyil, hökumətin diktə etdiyi qiymətdir. Amma indiki qiymətlərin saxlanması böyük xərc tələb edir və çox da kəsərli sayılmır. Üstəlik, dollar ehtiyatı da tükənməz deyil, çünki neftin qiymətinə çox bağlıdır. Elə bu üzdən Qazaxıstan öz milli valyutasını sərbəstləşdirdi. Rus rublununsa aqibəti hamıya məlumdur – o da son vaxtlar rekord həddə ucuzlaşıb...

Bəzi təhlilçilər diqqəti elə hey 94-cü ildəki qiymətlərə yönəltmək istəyir – neft o vaxt indikindən də ucuz satılırdı. Ancaq indi hətta Azərbaycan üçün də 94-cü il deyil: Nə büdcə həmin büdcədir, nə də xərclər həmin xərclərdir...

Deməli, bu payızın maliyyə baxımından gərgin keçəcəyini proqnozlaşdırmaq mümkündür. Düzdür, bəzi təhlilçilər diqqəti elə hey 94-cü ildəki qiymətlərə yönəltmək istəyir – neft o vaxt indikindən də ucuz satılırdı. Ancaq indi hətta Azərbaycan üçün də 94-cü il deyil: Nə büdcə həmin büdcədir, nə də xərclər həmin xərclərdir...

NEFT ÇOX BAHALAŞMAYACAQ...

Bu baxımdan 1994-cü illə müqayisənin anlamı qalmır. Perspektiv proqnozlaşdırma həvəskarları, hətta artsa da,neftin qiymətinin 60 dolları aşmayacağını düşünürlər. Onların ehtimallarına inanmamağa elə bir əsas yoxdur, axıindi nefti ucuzlaşdıran amillər daha çox sadalanır, nəinki əks amillər...

Həmin proqnozlar Azərbaycanda da şübhə doğurmur. Lap yaxınlarda ölkə prezidenti demədimi ki, tükənən və durmadan ucuzlaşan neftlə qazı unutmaq və başqa sahələr haqqında düşünmək lazımdır?!.

O səbəbdən iqtisadiyyatın ağırlıq mərkəzini başqa sahələrə «sürüşdürməyə» cəhd göstərilir, amma buna da vaxt lazımdır. Neftdənkənar sektorun gəliri də neft qədər sürətli olmur – burada dərhal nəticə əldə etmək mümkün deyil. Amma başqa yol da yoxdur. Azərbaycan nə vaxtsa neftə «əlvida» deməyə məcburdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG