Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Nemtsovun qızına milyon dollarlıq mükafat


Zhanna Nemtsova
Zhanna Nemtsova

-

Rusiyada öldürülən müxalif siyasətçi Boris Nemtsovun qızı 1.1 milyon dollar mükafat alıb. Bu mükafat ona insan haqlarını və demokratiyanı dəstəklədiyi üçün verilib.

31 yaşlı Zhanna Nemtsovaya Lech Walesa həmrəylik mükafatını Varşavada təşkil olunan mərasimdə Polşanın prezidenti Bronislaw Komorowski və mükafat komitəsinin rəhbəri təqdim edib.

Həmrəylik mükafatı Polşanın xarici işlər naziri təsis edib.

Zhanna Nemtsova bu ilin fevralında atası Boris Nemtsovun Kreml yaxınlığında öldürlüməsindən sonra ölkəni tərk edib. İndi o Deutsche Welle-nin rus dilli xidmətində çalışır.

XS
SM
MD
LG