Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:57

Sürücü həbs olundu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 2-də Yasamal rayonunda 39 saylı avtobusdan sərnişinin yıxılıb ölməsi ilə bağlı cinayət işi açılıb. Avtobusun sürücüsü Taleh Məmmədov tutulub.

Məlum olub ki, Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdu. Avtobus hərəkətdə ikən qabaq qapısı açıq olubmuş. Ağsu rayon sakini Xəzəngül Sadıxova həmin qapıdan yıxılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG