Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Hacı İbrahim yenə «Bandotdel»də


Hacı İbrahim Nehrəmli
Hacı İbrahim Nehrəmli

-

virtualaz.org saytı yazır ki, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin («Bandotdel») əməkdaşları oliqarx Hacı İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, işadamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb.

Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də «Bandotdel» əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

QUMARXANALAR YENİDƏN QAYIDIR

«Azadlıq» qəzeti yazır ki, 1998-ci ildə Heydər Əliyevin son qoyduğu qumarxanalar yenidən paytaxt və iri şəhərlərdə fəaliyyətini bərpa edib.

«Redaksiyamıza daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir paytaxtda, xüsusilə, Nəsimi rayonu ərazisində və mikrorayonlarda lotoxanalar fəaliyyət göstərir. Eyni hal Sumqayıtda da müşahidə olunub. Bəzi yerlərdə isə kompüter vasitəsilə qumar oyunları təşkil olunur. Özü də bu qumarxanalar gizli fəaliyyət göstərmir. Məlumatda deyilir ki, buna səbəb qumarxanaların yüksək səviyyədə himayə olunması ilə bağlıdır. Bəzi iddialara görə, qumarxana işlədənlər ərazi üzrə rəhbərliklə anlaşdıqdan sonra bu işi görməyə başlayırlar».

AZƏRBAYCAN İDMAN ÖLKƏSİ KİMİ TANINIR

«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib.

«Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq».

BANK İNHİSARÇILARININ QORXULU YUXUSU ÇİN ÇIXARSA...

«Bizim Yol» qəzeti yazır ki, xarici bankların Azərbaycanda fəaliyyətinə şərait yaradılmasının zamanı çatıb. Ölkədə bank sektorunda yaranmış kapital çatışmazlığı bunu diktə edir.

Qəzet iqtisadçı Rəşad Həsənova istinadən yazır ki, Azərbaycanın bank sektorunda xarici kapitala böyük ehtiyac var. Rəqabət mühitinin formalaşdırılması baxımından xarici kapitalın Azərbaycana axması mütləqdir: «Nəzərə almaq lazımdır ki, neft gəlirlərinin azalması və iqtisadiyyatda baş verənlərlə bağlı daxili investisiya imkanları da məhdudlaşır. Növbəti ildən etibarən büdcədə ixtisarlar aparmaqla, kiçilməyə başlayacaq».

Ekspert indiyədək xarici bankların Azərbaycana daxil olmasına şəraitin yaradılmamasının səbəbini bankların hərəsinin bir məmura məxsus olması ilə izah edir: «Xarici banklar bazara buraxılacaqsa, bu, daxili banklar üçün uğurlu heç nə vəd etməyəcək. Çünki rəqabətdə çətinliklərlə üzləşəcəklər. Buna görə də məmurlar əllərində olan strateji imkanlardan istifadə edərək, bank sektorunda liberallaşmanın qarşısını almağa cəhd göstərirlər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG