Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

Əl-Qaeda İŞİD-i fırıldaqçılıqda suçladı


İD-in Qafqazda yaydığı təbliğat plakatlarından biri
İD-in Qafqazda yaydığı təbliğat plakatlarından biri

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, əl-Qaedanın Suriya qanadından olan dağıstanlılar özünü İslam Dövləti adlandıran təşkilatı fırıldaqda ittiham ediblər.

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, əl-Qaedanın Suriya qanadından olan dağıstanlılar özünü İslam Dövləti adlandıran təşkilatı sıralarını genişləndirmək üçün fırıldağa əl atmaqda ittiham ediblər.

Ən-Nüsra Cəbhəsindən olan dağıstanlılar möminlərə müraciətlə bildirirlər ki, “İraq və Suriyanın böyük ərazilərində “dövlət” qurduğunu iddia edən İŞİD-in sizin elektron cihazlarınızdakı görüntüsü ilğım və xəyaldan başqa bir şey deyildir”.

Ağ Minarə

“Biz anlamağa başlamışıq ki, internet vasitəsilə təbliğ edilən İD və reallıqdakı İD tamamilə başqa-başqa şeylərdir” – deyə bildirib Nüsranın yeni rusdilli Manara əl-Bayda (Ağ Minarə) media qanadı.

Onlar cihad üçün potensial səfərbərləri “İD-in riyakar təbliğat kampaniyasına” uymamağa çağırırlar.

“Biz sizə YouTube videolarından daha az informasiya almağı, əvəzində fiqhi yaxşı öyrənməyi və əsl üləmaların rəylərini dinləməyi tövsiyə edirik” - deyilir çağırışda.

Dağıstandan olan silahlılar, Nüsra daxilində özbəklərə aid Katiba Sayfullah qruplaşması ilə çiyin-çiyinə döyüşürlər

Dağıstandan olan silahlılar, Nüsra daxilində özbəklərə aid Katiba Sayfullah qruplaşması ilə çiyin-çiyinə döyüşürlər. Bu qruplaşmaya çeçenlər və başqa Şimali Qafqaz əsillilər, habelə ərəbdilli döyüşçülər daxildir. Nüsra əl-Qaedanın lideri Ayman al-Zawahiri-yə sədaqətini bildirib.

Ağ Minarənin yaydığı materiallar Şimali Qafqazda cihadçıların səfərbərliyə alınması prosesi və İD təbliğatının qüdrəti üzərinə işıq salır.

Nüfuz çəkişməsi

Məqalədə deyilir ki, bu, həm də Suriyadakı rusdilli islamçıların, İD-in, xüsusən də Dağıstanda apardığı səfərbərlik fəaliyyətinə etirazını göstərir.

İraqda İŞİD-in qafqazlı cihadçıları
İraqda İŞİD-in qafqazlı cihadçıları

Döyüşçülər iddia edirlər ki, onlar Dağıstanda “Rusiya kafirləri və onların əlaltılarına qarşı cihada çıxmış veteranlardır”. Onlar bildirirlər ki, bir vaxt onları Suriyada vuruşmaq üçün İD səfərbərliyə alıb.

Onlar bunu da qeyd edirlər ki, Türkiyədən keçərək İD-in nəzarətində olan Suriyaya səfər etmələri xeyli asan olub. Dağıstanlılar iddia edirlər ki, İD onları Türkiyədən birbaşa Raqqaya gətirmək imkanına malikdir.

Lakin onlar Raqqaya çatmadıqlarını, yolda ikən “İD ərazisindindən necə çıxmağın yollarını bilən” başqa dağıstanlılara rast gəldiklərini deyiblər.

İD-in qəddarlığı

Belə görünür ki, dağıstanlılar İD-in qəddarlığından və öz təbirlərincə deyilsə, “İslamın yanlış təfsirindən və təşkilatın əl-Qaeda üləmalarını rədd etməsindən” narazıdırlar.

İD-in qəddarlığına misal olaraq, onlar Suriya qruplarından olan Ənsar-ın bir müsəlman döyüşçüsünün “soyuqqanlı qətlini” göstərirlər.

Ağ Minarə bildirir ki, həmin Suriyalı, edamından əvvəl ibadət etməsinə icazə verilməsini istəsə də, İD bunu rədd edib və onu heç bir şəriət məhkəməsi olmadan qətlə yetirib.

“Dağıstanlılar intihar bombalarına qarşıdırlar”

Dağıstanlılar həmçinin İD-i İdlibdəki məsçidlərin partladılması üçün intiharçıların göndərilməsində ittiham edirlər.

Nüsra bu ilin əvvəllərində hökumət qoşunları ilə ağır döyüşlərdən sonra İdlib əyalətinin əksər ərazilərinə nəzarət edir.

“Çox maraqlıdır ki, heç bir rusdilli saytda intihar partlayışları haqqında heç nə yazmırlar, - deyirlər dağıstanlılar, - Qafqaz və Rusiyadan olan bir çox qardaşlar bu xaricilərin nələr etdiyindən xəbərsizdirlər”. Tarixi termin olan “xaricilər” cihadçılar arasında “kafir” mənasında işlənir.

Joanna Paraszczuk yazır ki, əl-Qaedaya bağlı bu silahlıların İD-in Dağıstandakı təbliğat və səfərbərlik fəaliyyətindən narahat olmaları başa düşüləndir. Onlar bu yaxınlarda Nadir Abu Khalid, Kamil Abu Sultan və Akhmad Medinsky də daxil olmaqla dağıstanlı vaizlərin və Sələfi ideoloqların İD-ə qoşulmasını tənqid edirlər.

Onlar adı çəkilən şəxslərin Dağıstan gəncləri arasında nüfuz və hörmətə sahib olduqlarını etiraf edirlər.

ABŞ üçün hər ikisi hədəfdir

Ağ Minarə əl-Qaedanın İD-ə “düzgün” alternativ olduğunu iddia edir.

Dağıstanlılar deyirlər ki, onlar əl-Qaedaya Suriyada qoşulublar, çünki “bu qrup artıq 25 ildir ki, kafirlələ döyüşən veteranlardan ibarətdir”.

İD bir vaxtlar əl-Qaedanın böyük nüfuza malik olduğu Şimali Qafqazda üstünlük qazanmağa başlayıb.

Məqalədə deyilir ki, İD bir vaxtlar əl-Qaedanın böyük nüfuza malik olduğu Şimali Qafqazda üstünlük qazanmağa başlayıb.

Bu vəziyyətin davam edəcəyi gözlənilir, çünki etnik qaraçaylı olan Abu Jihad (hazırda İraqdadır) və onun yeni rusdilli Furat media qolu güclü İD təbliğatı aparmaqla məşğuldur.

Nüsra qrupu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır və koalisiya reydləri zamanı istər İD, istərsə də əl-Qaeda mövqeləri hədəflənir.

XS
SM
MD
LG