Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:51

«Nokia» yeni cihazını təqdim edib


OZO VR
OZO VR

-

«Nokia» şirkəti ötən günlərdə keçirəcəyi tədbir üçün dəvətnamələr paylayırdı. Şirkət dəvətnamədə yeni bir cihaz tanıdacağını elan etmişdi. Maraqla gözlənilən cihaz artıq tanıdıldı.

ƏSAS HƏDƏF FİLM İSTEHSALÇILARIDIR

«Nokia» OZO VR adlı virtual reallıq cihazını təqdim edib.

Şirkət peşəkar məzmun yaradıcılarını, xüsusilə də film istehsalçılarını hədəfləyib. Cihaz 8 obyektiv və 8 mikrofonu ilə 360 dərəcəlik videolar çəkə bilir.

3D eynəklərlə nəyi çəkdiyi anbaan və detallı izlənilə bilən «Nokia OZO VR» digər kamera sistemləriylə müqayisədə daha uğurlu dizayn edilib.

İLİN SONUNDA SATIŞA ÇIXARILACAQ

«Ümid edirik ki, yaxın gələcəkdə virtual reallıq insanların informasiya, əyləncə, xəbərlər və bir-biri ilə qarşılıqlı əlaqəsini zənginləşdirəcək. Biz OZO qurğusu ilə bu inqilabın mərkəzi hissəsi olmağı planlaşdırırıq» – şirkətin bəyanatında deyilir.

Qiyməti açıqlanmayan cihazın 2015-ci ilin sonunda satışa çıxarılacağı bildirilir.

XS
SM
MD
LG