Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Bəzi mallar gömrükdən azad edilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda bəzi məhsullar gömrük rüsumundan azad edilir.

Bununla əlaqədar «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilib.

Siyahıya «Qrup 84» üzrə yaddaş qurğuları (sərt maqnit disklərdə), hesablayıcı maşınların digər qurğuları, 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (elektron modulları), 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (digərləri), «Qrup 85» üzrə digər monitorlar (yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan), elektron inteqral sxemlər (prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər) daxildir.

Siyahıda adları sadalanan bu məhsullar gömrük idxal rüsumundan azad edilir.

Qərar avqustun 29-da qüvvəyə minəcək və 7 il qüvvədə olacaq.

XS
SM
MD
LG