Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:58

7 faiz azalma üstündə aləm dəyib bir-birinə


- Kitabxanaya gedən 11-15 yaşlı qızların sayının bir qədər azalmasına görə araşdırma aparır, narahat olurlar

Kitabxanaya gedən uşaqlar hesabatı

Birləşmiş Krallıqda kitabxanaya gedən uşaqların sayı 70 faizə düşüb.

Mədəniyyət, Media və İdman Departamenti 2014-15-ci illərdə Uşaqların İştirakı Hesabatına əsasən bu haqda xüsusi bəyanat yayıb.

Lap dəqiqi, son 12 ayda 5-15 yaşlı uşaqların kitabxanalara gedən hissəsi 70.3 faiz olub ki, bu da eyni yaşlarda kitabxanaya gedən uşaqların 2013-14-cü illərdəki sayından “əhəmiyyətli dərəcədə" - 7 faiz azdır, araşdırma bu azalmanın 5-15 yaşlı qızların payına düşdüyünü üzə çıxarıb.

Bu münasibətlə ondan artıq kitaba məsul şəxs fəallaşıb, müsahibələr və bəyanatlar verir, mövqe bildirirlər.

Məsələn, Qızların kitabxanalara getməsi üçün kampaniya aparan Desmond Clarke deyib:

"Bu azalma hər hansı son hesabatdan daha pis xəbərdir və daha çox narahatlıq doğurur. Çünki mövzu uşaqlardır. Haradasa ciddi səhv buraxırıq ki, ilin sonu belə nəticə alırıq."

Kitab Oxumaq Agentliyinin rəhbəri Sue Wilkinson deyib ki, bunu səbəbini demək çətindir:

"Bəzi kitabxanaların bağlanmasının təsiri ola bilər, amma burada bir çox amillər rol oynayır. Bu, həm də Yayda Oxumağı Təşviq etmək kimi layihələrdə bir çox uşaqların iştirakının azalmasıyla bağlı ola bilər."

Başqa bir kitabxana kampaniyaçısı deyib: “Bu hesabat insanların kitabxanalarda dəyər görməsi haqda suallar doğurur, valideynləri və dayələri uşaqları kitabxanaya aparmaları üçün cəsarətləndirməyə davam etməliyik.”

XS
SM
MD
LG