Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:58

Britaniya İran turizminin qapılarını açır


Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi İrana səyahətlər üzərindəki xəbərdarlığı yumşaldıb

Vyanada İranla Qərb arasında nüvə sazişinin imzalanmasınдan əvvəl Britaniyanın Xarici İşlər Nazirlyi bu ölkəyə yalnız zərurət halında səfər etməyi tövsiyə edirdi.

Nazirliyin son qərarına görə isə indi İran ərazisinin əksər hissəsi turist səfərləri üçün salamat hesab olunur.

"Mötədil prezidentin ölkəsi"

Bu həftə açıqlanmış qərarda deyilir ki, London “mötədil prezident Hassan Rouhani hökumətinin daha mehriban siyasət yürütdüyünü nəzərə alıb”.

Təhlilçilər bildirirlər ki, Britaniya Xarici İşlər Nazirliyinin yeni səyahət tövsiyəsi İranda turizm sənayesinin inkişafına qəfil təkan verəcək.

Nüvə sazişi münasibəti ilə Tehran selfisi
Nüvə sazişi münasibəti ilə Tehran selfisi

Bununla belə, tövsiyələrdə İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd regionlarına səfərlər məsləhət görülmür. Ekspertlər isə deyirlər ki, İran turizmi onsuz da bu bölgələrin hesabına inkişaf etmirdi.

Xarici İşlər Nazirliyi habelə tövsiyə edir ki, britaniyalı turistlər bu ölkəyə təkbaşına yox, turist şirkətlərinin turları ilə getsinlər.

İran tövsiyələri “redaktə” olunub

Uzun illər İrana turlar təşkil edən “Travel the Unknown” şirkətinin direktoru David McGuinness dəfələrlə İranda olub və nazirliyin son tövsiyələrini alqışlayır.

O əmindir ki, İrana turist səfərləri həmişə təhlükəsiz olub, lakin diplomatik münasibətlərin yaxşılaşması ilə atmosfer daha da əlverişli olacaq.

Səyahət xəbərdarlığının yumşaldılması UNESCO-nun dünya irsi elan etdiyi 19 abidənin yerləşdiyi İrana turist axınını gücləndirəcək

Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında İrana səyahət tövsiyələrinə bir qədər də “redaktələr” edilib. Tövsiyələrdə İrana səfərə edənlərə “bu ölkədə əsassız şəkildə həbs oluna biləcəklərinə dair xəbərdarlıq” çıxarılıb.

“The Telegraph” qəzeti yazır ki, səyahət xəbərdarlığının yumşaldılması UNESCO-nun dünya irsi elan etdiyi 19 abidənin yerləşdiyi İrana turist axınını gücləndirəcək.

David McGuinness deyib ki, nüvə sazişi imzalanandan bəri İrana səyahət haqqında məlumat istəyənlərin sayı kəskin artıb.

Londondakı İran səfirliyi hələ bağlıdır

Bununla belə siyasi maneələr hələ də qalmaqdadır.

İranın Londondakı səfirliyi 2011-ci ildən bəri bağlı olaraq qalır.

Britaniya İran səfrilyini Tehranda Birləşmiş Krallıq səfirliyinə basqına cavab olaraq bağlamışdı.

Hazırda Britaniyadan İrana səfər vizalarını almaq üçün Dublin, Paris və Frankfurt şəhərlərinə getmək lazım gəlir.Bu iş Londonda pulla görən agentliklər də var.

Britaniya xarici işlər naziri Philip Hammond ötən həftə ümid etdiyini bildirib ki, Tehrandakı Britaniya səfirliyi ilin sonuna qədər işini bərpa edə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG