Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

Bakıda yunan adaları qiymətinə mənzil satılır


Bakıdakı milyondan baha evlərdən
Bakıdakı milyondan baha evlərdən

-

«8 milyona ev var. Ümumiyyətlə, satışda milyonluq evlər çoxdur»

Bir neçə il əvvələdək Bakıda çox az sayda qiyməti milyonu keçən ev elanlarına rast gəlmək olurdu.

İndi belə elanların sayı gündən-günə artır. Özü də qiyməti milyonla ölçülən bu evlər 10 il əvvələdək elə də prestijli sayılmayan ərazilərdə yerləşir.

Bakıda yunan adaları qiymətinə mənzil satılır
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00
Direct-ə keçid

MİLYONLUQ EVLƏR HARADA SATILIR?

Belə evlərdən biri Abşeronda Saray qəsəbəsində yerləşir. 1 milyon 700 min dollara satılır. 10-otaqlı evdir, 2400 kvadratmetr sahəsi var. Onun 900 kvadratmetri yaşayış sahəsidir.

1 milyon 200 min manata isə Badamdar qəsəbəsində 4-mərtəbəli 7-otaqlı ev satılır.

Xətai rayonunda 1 milyon 150 min manata satılan evin sahəsi 800 kvadratmetrdir.

Ya da 1 milyon 200 min manata Maştağa qəsəbəsində 3-mərtəbəli ev satılır.

Əvvəllər ev sahibləri, mülkiyyətçilər bu cür evlərin ictimailəşdirilməsini istəmirdilər. Ancaq indi belə deyil. İndi 5 milyonluq əmlaklar belə rahat şəkildə elan saytlarında, qəzetlərdə yerləşdirilir.

Bu evin satışı ilə məşğul olan, adını çəkmək istəməyən ev dəllalı deyir ki, indi bazarda bu cür bahalı evlər çoxdur. Həm də belə evlər elə də tez satılmır:

«1 milyon 200 min zarafat pul deyil. Satılmasının geci-tezi var. Bu evin zirzəmisi də ev kimidir. Yüksək səviyyəli təmirlidir, türk hamamına qədər hər şey var».

ƏMLAK BAZARINDA 8 MİLYON MANATA DA EV VAR

Ev dəllalı deyir ki, indi bazarda bundan da baha qiymətə evlər var. Satışda olan ən bahalı evin qiyməti isə 8 milyon manatdır:

«8 milyona ev var. Ümumiyyətlə, satışda milyonluq evlər çoxdur».

Bina evlərində də belə bahalı evlər var. Qiyməti 1 milyon 380 min manat olan 4-otaqlı, sahəsi 243 kvadratmetr mənzil 14-cü mərtəbəli yeni tikilinin 6-cı mərtəbəsində yerləşir. Bakıxanov küçəsindədir.

Satıcısı evi qısaca belə tərif edir: «Həmin bina Bakı şəhərində ən bahalı binadır. Adına «Şəhər Bağları» deyirlər – «Clock Tower». 250 kvadratmetrdir, 4-otaqlıdır».

20-mərtəbəli evin 11-ci mərtəbəsində ərazisi 216 kvadratmetr olan 4-otaqlı mənzil isə 900 min manata satılır. Bina metronun «28 May» stansiyası ərazisində yerləşir.

Ramil Osmanlı
Ramil Osmanlı

ƏVVƏLLƏR BAHALI EVLƏRİN ELANLARI VERİLMƏZMİŞ...

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, 4-5il əvvələ qədər belə bahalı evlərin elanı verilmirdi:

«Ev sahibləri, mülkiyyətçilər bu cür evlərin ictimailəşdirilməsini istəmirdilər. Ancaq indi belə deyil. İndi 5 milyonluq əmlaklar belə rahat şəkildə elan saytlarında, qəzetlərdə yerləşdirilir. Bu evlərin qiyməti tikinti xərclərindən, ərazinin kifayət qədər böyük olmasından irəli gəlir. Elə ev var ki, onun tikintisinə çəkilən xərc, doğrudan da, 5 milyona manata yaxın olur».

Ekspert deyir ki, bu gün bazarda bu cür bahalı evlər çox olsa da, satışı uzun çəkir:

«Belə evlərdə ekspozisiya müddəti həddən artıq çoxdur. Xüsusilə də indiki situasiyada. Bu gün bazarda vəziyyət olduqca acınacaqlıdır, gərgindir. Daşınmaz əmlak bazarında ciddi bir alıcı qıtlığı, böhran var. Xüsusən indiki şəraitdə bu cür evlərin alıcılarını tapmaq olduqca problemdir. Ümumilikdə, dəyəri 1 milyon manatdan yuxarı olan daşınmaz əmlakların satışının ekspozisiya müddəti 6 aydan daha yuxarıdır».

Yunan adası
Yunan adası

YUNAN ADALARI, İSTANBUL YALILARI, BAKI EVLƏRI...

Bir müddət əvvəl Yunanıstanda iqtisadi böhranla bağlı bu ölkənin varlı adamları adalarını satışa çıxarmağa başlayıblar.

Bazarda bu cür bahalı evlər çox olsa da, satışı uzun çəkir: Belə evlərdə ekspozisiya müddəti həddən artıq çoxdur. Xüsusilə də indiki situasiyada. Bu gün bazarda vəziyyət olduqca acınacaqlıdır, gərgindir.

Daşınmaz əmlak mütəxəssisləri Egey dənizinin incisi sayılan bu adaları alanların gələcəyə əla investisiya qoyacaqlarına əmindir. Adaların qiyməti böyüklüyü, özünəməxsus xüsusiyyətləri və qiymətə təsir edən amillərdən biri – şirin suyun olub-olmamasına görə dəyişir. Bu adaların içində qiyməti 3 milyona olan 10 ada da var.

Dünyanın ən tarixi turizm şəhərlərindən olan İstanbulda isə boğazın sahilində qiyməti 1 milyondan 120 milyona qədər olan tarixi yalılar satılır. Onların arasında qiyməti 1 milyon dollara olanlar da var. Lap Bakıdakı bina evlərinin qiyməti kimi. Boğaz mənzərəli müasir villalar arasında isə qiyməti 1 milyona çatmayan (400 min -800 min dollar arasında dəyişən) yetərincə mülk tapmaq olar.

10 MİLYONU KEÇƏN EVLƏR HAQDA ELANLAR VERİLMİR

Bu yaxınlarda sosial şəbəkələrdə Bakıda qiyməti 10 milyon və 16 milyon dollara satılan evlər müzakirə olunurdu. Ev dəllalları deyirlər ki, adətən 10-16 milyonluq evlərin sahibləri həmin mülklər haqqında qəzetlərdə elanlar vermir, tanış makler tapıb satmağa çalışırlar. Ev dəllalı Vidadi Əmirovun fikrincə, belələri yəqin bəd nəzərdən, ya da «bu qiymətə ev sənə haradandır» sualından qorxurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG