Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Xədicə İsmayılın məhkəməsinin vaxtı bilindi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

AzadlıqRadiosunun həbsdəki əməkdaşı Xədicə İsmayılın cinayət işi üzrə ittiham aktı məhkəməyə göndərilib. Hazırlıq iclası iyulun 22-nə təyin edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Sonradan Tural Mustafayev mətbuata müraciət edərək şikayətini geri götürüb.

Ötən il dekabrın 5-də Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib, sonradan bu müddət bir neçə dəfə artırılıb.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG