Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

Müsəlman necə istirahət etməlidir?- [audio müzakirə]


Arxiv fotosu
Arxiv fotosu

-

İslam istirahəti qadağan etmir. Amma bu zaman əyləncə növləri şəriət qaydalarından kənara çıxmamalıdır. Bu haqda «İslam və demokratiya» verilişinin növbəti buraxılışında müzakirə açılıb.

«İslamevi.az» saytının redaktoru Yaşar Qurbanov deyir ki, müsəlmanlar İslam dininin buyurduqlarına zidd, haram olmayan formada istirahət edə bilər.

İSTİRAHƏT OLAR, AMMA...

«Müsəlman ailəsi bar, içki içilən yerlərdə dincəlməyi seçməz. Şərt deyil ki, tətili mütləq dəniz kənarında, çimərlikdə keçirəsən. Dincəlmək üçün yerlər kifayət qədərdir. Bəzən biz də dostlarımızla dənizə gedirik, orda qadınlar olmur. Çalışırıq ki, şəriətimizin buyruqlarından kənara çıxmayaq. Bəzən ailəmlə Zaqatalaya gedirik, samovarı da aparırıq, Buyruqlara əməl edərək yaxşı dincəlirik».

Əlbəttə, hicablı olsa belə, bulvarda gəzə bilər. Barlar, digər əməllərə əxlaqsız hərəkət olan yerdə dincəlmir, daha çox sakitlik olan yerləri seçirlər.

İBADƏTLƏ İSTİRAHƏT?

Yaşar Qurbanov
Yaşar Qurbanov

Yaşar Qurbanov deyir ki, istirahət yeri ilə bağlı seçim bəzən insanın öz baxışlarından da asılı olur. Bəzi möminlər hansısa ticarət mərkəzinə gedir, digərləri isə yox:

«İnsanlar var ki, xüsusi otellərə gedir. Amma tətil vaxtının hamısını istirahətə həsr etmək də vacib deyil. Bu vaxtı İbadətə həsr etmək olar. Mən elə ailə tanıyıram ki, tətil günlərində Kəbə evini ziyarət edirlər, islam muzeylərini ziyarət edirlər».

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanında yerli insanlar şəriət qaydalarına əməl etdikləri halda əcnəbilər istədiyi kimi əylənir, içki içir. Yaşar Qurbanov buna normal yanaşır.

«Allah qarşısında hər kəs öz əməlllərinə görə özü cavab verəcək».

SƏYAHƏTLƏR...

İslam tədqiqatçısı Bəhruz Əlizadə hesab edir ki, istirahət geniş məfhumdur və mömin insanlar hər cür tətilə çıxa bilər.

İslam bu baxımdan istirahətə qadağa, hədd-hüdud qoymur. Amma bunu dəniz, kafe-restoran məhdudlaşdırmaq lazım deyil. Məsələn, dinimiz səyahətə gəzintiyə hədd qoymayıb

«İslam bu baxımdan istirahətə qadağa, hədd-hüdud qoymur. Amma bunu dəniz, kafe-restoran məhdudlaşdırmaq lazım deyil. Məsələn, dinimiz səyahətə gəzintiyə hədd qoymayıb».

RESTORANLAR...

B.Əlizadənin sözlərinə görə, o, öz ailəsini bəzi restoranlarda oturmasına razı olmazdı.

«Elə restoranlar var ki, orada mühit daha münbitdir, biz özümüz də gedirik. Bu, əslində İslamın problemi deyil, sosial problemdir. Müəyyən statuslara malik insanlara dincəlmək hüququnu yaratmalıyıq. Cəmiyyət olaraq bu hüquqları bir-birimizə verə bilmirik».

Arxiv fotosu
Arxiv fotosu

Səudiyyə Ərəbistan kral xanımlar öz yaxtalarında gəlib Türkiyə sahillərində dincəlir, günəşlənir. Amma hər kəsin belə imkanı toxdur. Bu qadınların əyləncə hüququnun məhdudlaşdırılması deməkdirmi? B.Əlizadə belə hesab etmir. Onun fikrincə, mömin qadının yaxtada günəşlənmək imkanı yoxdursa, bu, onun evdə oturmağa məcbur olduğu anlamına gəlmir:

TƏBİƏT...

«Təbiətdə olunan ibadət insanın ruhunu yüngülləşdirir. Lazım olanda dənizkənarına gedirik ki, orada rahat olaq. Amma kimsə hansısa yerə getməyi özünə haram bilirsə, heç kim ona irad tuta bilməz. Bu məsələdə insanın fərdi baxışları, tərbiyə aldığım mühit, bölgə də rol oynayır. Elə rayonlar var ki, orada heç ümumiyyətlə ailə ilə gəzintiyə çıxmaq qəbul olunmur. Yəni, qeyri-dindarlar var ki, özlərinə belə məhdudiyyəti qoyublar».

Ekspert hesab edir ki, İslam ölkələrində dincəlmək mədəniyyətinin olmamasının həmin ölkənin iqtisadiyyatına ziyan vurmur.

«Axı iqtisadiyyat təkcə əyləncə mərkəzlərindən gələn gəlirlə tənzimlənmir. Bu, iqtisadiyyatın yalnılz bir hissəsidir».

Müzakirələrə sən də qoşula, fikrini yaza bilərsən

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG