Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:27

İki nüfuzlu mükafat birləşdi


Laszlo Krasznahorkai, 2015-ci il Beynəlxalq "Man Booker" mükafatının qalibi
Laszlo Krasznahorkai, 2015-ci il Beynəlxalq "Man Booker" mükafatının qalibi

-

"Mükafatın adminstratoru yeni mükafatın dünyada "Tərcümə olunmuş ədəbi əsərə görə verilən ən səxavətli mükafat” olduğunu deyib"

İngilis dilinə tərcümə olunmuş nəsr əsərinə görə...

Beynəlxalq “The Man Booker” mükafatıƏn yaxşı Xarici Əsərə görə “Independent" mükafatı birləşərək, hər il ingilis dilinə tərcümə olunmuş bir əsərə verilən vahid ədəbi mükafata çevrildi.

“The Man Booker" Fondunun sədri bu qərarı elan etmək məqsədilə bu səhər mətbuat konfransı keçirib.

O, Beynəlxalq “The Man Booker” mükafatıının iki ildə bir dəfə verildiyinə görə, arada bir ədəbiyyat ilini itirdiyini deyib. "Bundan başqa, sözügedən mükafatın əsərə, ya yoxsa müəllifə verilməsi mübahisəli və anlaşılmaz idi."

Beynəlxalq “The Man Booker” adını saxlayacaq yeni mükafatsa hər il veriləcək, yazıçı və tərcüməçi arasında bərabər bölünən 50.000 funt sterlinqlik pul mükafatı olacaq.

Bundan başqa, qısa siyahıya düşən hər bir müəllif və tərcüməçi də hərəsi 1000 funt sterlinq alacaq. Ümumi mükafatlandırma büdcəsi 62.000 funt sterlinqdir.

Mükafatın adminstratoru Fiammetta Rocco yeni mükafatın dünyada "Tərcümə olunmuş ədəbi əsərə görə verilən ən səxavətli mükafat” olduğunu deyib.

Yeni mükafat 2016-cı ilin may ayında veriləcək. Münsiflər heyətinin sədri "The Independent" qəzetinin baş yazarı Boyd Tonkin olacaq.

Beynəlxalq “The Man Booker” mükafatı 2005-ci ildə yaradılıb. Yeni qərara qədər iki ildə bir dəfə verilən 60.000 funt steqlinqlik mükafat idi.

2015-ci ildə macar yazıçısı László Krasznahorkai, əvvəlki illərdə isə Lydia Davis (2013), Philip Roth (2011), Alice Munro (2009), Chinua Achebe (2007) və Ismail Kadare (2005) mükafatlandırılmışdı.

25 ildir mövcud olan, "IFFP" kimi tanınan Ən yaxşı Xarici Əsərə görə “The Independent” mükafatı isə tərcümə olunmuş bir əsərə 10.000 funt sterlinqlə birlikdə verilirdi. Mükafat yazıçı və tərcüməçi arasında tən bölünürdü.

Bu ilin qalibi Jenny Erpenbeck-in “Günlərin sonu” (“The End of Days”, “Portobello Books” nəşriyyatı) romanı olmuşdu.

İki mükafatı birləşdirəcək yeni mükafat Ən yaxşı Xarici Əsərə görə "The Independent" mükafatının qaydalarına əsasən veriləcək.

Nəşriyyatlara əsər təqdim etməklə bağlı kvota tətbiq olunmayacaq. Həm roman, həm də hekayə kitabı təqdim etmək mümkün olacaq.

Yeni mükafat Britaniyada daha çox tərcümə ədəbiyyatının nəşr olunmasına ilham vermək arzusundadır.

Beynəlxalq “The Man Booker” mükafatının rəsmi bəyanatına görə, Birləşmiş Krallıqda və ABŞ-da hər il nəşr olunan kitabların yalnız 3 faizi tərcümə edilmiş xarici ədəbiyyatdır.

Oxu zalı

XS
SM
MD
LG