Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 12:09

Elxan Qaraqandan yazarlara təklif


-

Kitab satışı probleminə yeni çözüm

Yazıçı Elxan Qaraqan kitablarının surətini pirat yoluyla çıxarıb satanlardan qorunmaq üçün yeni ideya verib. Kitabın özü yox, kuponları satılacaq.

“İkinci Addım” kitabı çap olunan ilk həftədən piratlar onu kopyalayıb öz satış nöqtələrinə qoyurdular. Təbii ki, bunun qarşısını ala bilmirdik”, - Qaraqanın Facebook səhifəsi bəyanat verib, “amma biz pirat kitablara qarşı mübarizə yolunu tapdıq. Yaxın zamanda “Ali&Nino” mağazalar şəbəkəsi ilə piratçılığa qarşı birgə layihəyə başlayacağıq.

“Üçüncü Addım” romanı PDF formatda Amerikadadır. Azərbaycanda hal-hazırda onu kopyalamaq mümkün deyil. Amma kitabın satışa çıxması kifayətdir ki, pirat onu kopyalasın. Ona görə biz "Üçüncü Addım" əsərini satışa çıxarmayacağıq. Onun əvəzinə “Ali&Nino” dükanlarında “Üçüncü Addım” kuponları satışa qoyulacaq”.

Kuponlar elə kitab qiymətinə olacaq. Bu kuponları əldə edənlər “Üçüncü Addım” satışa çıxan kimi onu pulsuz əldə edəcəklər. Yalnız 3000 nüsxə kupon oxucular tərəfindən əldə olunanda “Üçüncü Addım” çap olunacaq. 3000 nüsxə alınmamış kitabın elektron variantı nəşriyyata verilməyəcək. “İndi Pirat çap etsin, görək olmayan kitabı necə çap edir”.

Elxan Qaraqan bu ideyadan başqalarının da yararlanmasını istəyir. “Bu layihəyə bütün digər yazıçıları da dəvət edirik”, - o deyib. “Bildiyiniz kimi, bir çox Azərbaycan yazarları nəinki 3000, heç 300 nüsxəni belə, bəzən sata bilmirlər. Amma bunu haradan bilsinlər? Facebook səhifələrində hamı onları həvəsləndirir ki, kitab çap etsinlər.

Onlar xərcə-borca düşüb çap edirlər və nəticədə şərh yazan 10 nəfərdən yalnız biri bu kitabı əldə edir. Yazıçıların kitabları aylarla anbarlarda qalır və onlara maddi və mənəvi zərbə dəyir.

Amma kuponla etsələr, hər bir yazıçı artıq öncədən neçə kitab satdığını biləcək və bu rəqəmə uyğun sayda kitab çap edəcək. Borca düşməyəcək... və yüzlərlə kitab anbarlarda qalıb yer tutmayacaq,” – deyə, həssas məsələyə də toxunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG