Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Polşada prezident seçkisinin ikinci turudur


Polşadakı prezident seçkisində səsvermənin ikinci turu keçirilir.

Iki həftə öncə müxalif “Qanun və Ədalət” Partiyasının lideri Anjey Duda sosioloqların proqnozlarına zidd olaraq gözlənilmədən səsvermənin birinci mərhələsinin qalibi olub. Bununla da hazıki prezident Bronislav Komorovskini geridə qoyub.

Komorovskinin seçki qərargahı onun qələbəsinə əmin idi, ölkə başçısı minlərlə kilometr məsafə qət edərək ölkə boyu seçicilərlə görüşmüşdü.

İndi hesab olunur ki,Komorovskinin taleyi seçici aktivliyinə bağlıdır. Çünki onun daha çox orta təbəqədən olan seçiciləri adətən seçkidə iştirak əvəzinə həftəsonu şəhər kənarına istirahətə getməyə üstünlük verirlər.

XS
SM
MD
LG