-
Mayın 22-də «Bakı-2015» ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.
AZƏRTAC xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlini minlərlə rayon sakini qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul edib. Sonra 10 idmançının iştirakıyla 3 kilometrlik məşəl yürüşünə başlanıb.
Məşəli tələbə Səbinə Əlipaşayeva alovlandırıb.