Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

Hacıbala Abutalıbov yanan binanın sakinləri ilə görüşüb


Hacıbalıa Abutalıbov
Hacıbalıa Abutalıbov

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonundakı yanmış binanın sakinləri ilə görüşüb.

APA-nın məlumatına görə, görüş Bakı Şəhər İcra Hakimiyyətində keçirilib.

Hacıbala Abutalıbov artıq mayın 22-dən ayrılan kompensasiyanın sakinlərə çatdırılacağını bildirib.

O bildirib ki, Azərbaycan prezidentinin sərəncamı var, yanan bina çox yüksək səviyyədə təmir olunacaq.

İcra hakimiyyəti başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklü 140-dək bina var, onların hamısı söküləcək və şəhərdə belə üzlüklü bina qalmayacaq.

Artıq yanmış binanın bərpasına başlanıb.

Baş nazir müavini, Bakıda baş verən yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov mayın 22-də yanğının baş verdiyi əraziyə gedib.

O Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib və binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, 16 mərtəbəli binanın bərpa olunması ilə bağlı hökumət qərar qəbul edib və Nazirlər Kabineti bu məqsədlə 3 milyon manat vəsait ayırıb.

Artıq bərpayla bağlı hazırlıq işləri görülüb və

mayin 22-dən binanın yanmamış hissəndən süni üzlüklərin sökülməsinə başlanıb.

Mayın 19-da Bakının Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox adam müxtəlif dərəcəli xəsarət alıb.

Hər bir ailəyə 20 min manat kompensasiya verilib və bina təmir edilərək sahiblərinə qaytarılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG