Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Putini Latviyada "çarmıxa çəkdilər"


-

Latviyanın paytaxtı Riqada Rusiya prezidenti Vladimir Putini çarmıxa çəkilmiş vəziyyətdə təsvir edən heykəli söküblər.

Hər halda çarmıxa çəkilənin Putin olduğunu bu ölkədəki Rusiya səfirliyi deyirdi.

Səfirlik "iyrənc" heykəlin dərhal sökülməsini tələb edirdi.

Söhbət Riqada sovet dövründə "KQB"nin qərargahı olmuş binaya yaxın yerdə 10 ədəd sənət əsərinin açıq havada sərgilənməsindən gedir.

Qırmızı rəngli çarmıxa çəkilən və Putinə bənzədilən şəxsin taxta heykəli də onların arasındadır.

Onun başında tikanlı məftillərdən düzəldilmiş tac da var.

Putin keçmiş "KQB" zabitidir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Pribaltika ölkələrində də "rus ayı"sından qorxmağa başlayıblar.

Rusiya Ukraynadakı sabitliyi pozmağa oradakı rus separatçılarını dəstəkləməklə nail olduğu üçün əhalisnin 26 faizi ruslardan ibarət olan Latviya eyni ssenarinin onun da başına gətiriləcəyindən ehtiyatlanır.

Rusiya səfirliyi heykəllə bağlı bəyanatında bildirmişdi ki, "sənət maskası altında belə təxribatların törədilməsi yolverilməzdir".

Vladimir Putin
Vladimir Putin

Səfirliyin etirazına münasibət bildirən Latviya Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, heykəl heç də Putin və ya hansısa başqa real şəxsi təsvir etmir, heykələ qiyməti isə yalnız sənətşünaslar və peşəkarlar verə bilərlər.

Heykəlin müəllifi anonim saxlanır.

Hərçənd o, yerli mediaya deyib ki, heykəli italiyalı biznesmen olan tanışının zahiri görünüşünə uyğun hazırlayıb.

"Dissident" adlanan sərgi Riqanın 20-ci əsr tarixinə həsr edilib.

Təşkilatçılar deyirlər ki, əsəri sərgidə nümayiş edilən digər 2 heykəltaraş hədələnib.

Bir sənət əsərinə isə xətər yetirilib.

Latviyadakı rusiyameylli GVD-Baltiya hərəkatl isə sərginin bağlanması tələbilə aksiya keçirəcəyini bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG