Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Nə it kimi darıxıram, nə eşşək kimi içirəm...


-

Bu şeir "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.

Bayram Mustafazadə

***

Darıxmağın gecəsidi indi.

Nə it kimi darıxıram,

Nə eşşək kimi içirəm.

Yorğanım kimi,

yastığım kimi,

döşəyim kimi darıxıram, şair,

Döşəyim kimi darıxıram...

Darıxmağım bir az anamın yağlı plovu üçündü,

bir az atamın xoş sözləri üçün.

Darıxmağım bir az da sənin üçündü, Şair,

bir az da sənin üçündü...

Darıxanda anam kimi ağrıyıram,

atam kimi ağlayıram,

qardaş kimi əsəbiyəm

Bacı kimi deyingənəm,

Sənin kimi susqunam, Şair ,

sənin kimi susqunam.

Bilirsən, Şair?!

bu həyat mənim heç nəyimdi,

Mən bu həyatın heç kimi.

Amma anam mənim həyatımdı,

Atam mənim həyatımdı,

qardaş mənim həyatımdı,

Bacı mənim həyatımdı, Şair,

Bacı mənim həyatımdı.

Ona görə də darıxanda bir az da onlar kimi darıxıram.

Darıxmağın adı Facebook statusudu, Instaqram şəkilidi,

Google axtarışıdı,

Daha çoxsa adəmin tapıntısıdı, Şair

Adəmin tapıntısıdı.

Adəm bəlkə də yeganə Kişidi ki,

həyatında bir qadını olub -Həvva.

amma sənə bir etiraf edim, Şair,

mənim həyatımda heç bir qadınım da olmayıb,

Heç bir qadınım da ...

Bir gün dostum metroda ilk dəfə gördüyü qıza

"ona görə mən hər şeyimi verərdim" - dedi.

Amma onun heç nəyi yoxdu,

o da mənim kimi heç kimidi, Şair,

heç kimidi.

Məni bu darıxmaqlar arasında bircə şey daha çox sıxır, Şair,

Daha çox sıxır:

Görəsən, gənc qızın sevgilisi tərəfindən öldürülməsi ilə Elmlər Akademiyası qabağında Cavid əfəndinin başını aşağı dikməsini nə birləşdirir?,

hə, Şair, bəlkə sən bilərsən?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG