Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Çılpaq həqiqətlər yiyəsiz it kimi sümsünür küçələrdə...


İltimas Samimi
İltimas Samimi

-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

İltimas Səmimi

YADDAŞ İŞIĞI

Canım ağac, yadındamı,

Kölgəliyinə qoyulmuş

beşiyimin layla qoxusu,

Gözlərimin kəpənək yuxusu,

yadındamı?!

Budaqlarını diksindirən

dodaq-dodaq gülüşüm,

Hələ duz bağlamamış,

yaz yağışı kimi dupduru,

kölgəni bir yarpaq

isladan göz yaşım,

Yadındamı, canım ağac?!

Beşiyimə qonan

kəpənək yuxuların

uçub getdiyi günün işığı,

Ciyərlərimə çəkdiyim

o günkü havanın dadı,

hələ də yadımdadı,

hələ də canımda tərpənir…

Alın yazıma hopub,

O işıq,

O qoxu,

O hənir…

Hər şey yadımdadı, hər şey!

Təkcə, sən yadıma

Gəlmirsən, canım ağac…

Dibinin kölgəliyini,

O kölgəlikdəki körpəliyimi

ətəyindən çırpıb gəlmisən,

canım ağac…

ÜZRXAHLIQ

Misralarımın çiyni üstündən

baxıram dünyaya,

Görürəm, çılpaq həqiqətlər

yiyəsiz it kimi sümsünür küçələrdə.

Qəbrinin bir addımlığında

oturmuş qoca dilənçi

gözləri yol çəkən ovcuna

nəsə danışır

olanlardan, keçənlərdən...

Küçələrin sükutunu hürküdən

addım səslərindən

vətəndaşlıq yağır...

Heyrətim çılpaq qadın kimi

gözlərini tutub

yerə çökür ağır-ağır.

Dünyanı belə görürəm

misralarımın çiyni üstdən,

əgər gözlərim pis görürsə,

şəhid qardaşlar,

üzr istəyirəm qəbrinizdən...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG