Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

Elnur Hüseynov: «Nəticəni eşitdiyim vaxt səhnədə ürəyim də gedə bilər»


Elnur Hüseynov
Elnur Hüseynov

-

Mayın 21-də Azərbaycanı «Eurovision 2015» mahnı yarışmasında təmsil edən Elnur Hüseynov ikinci yarımfinal mərhələsində səhnəyə çıxır.

Elnur Hüseynov «Hour of the Wolf» mahnısını ifa edəcək.

İkinci yarımfinalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

Final mayın 23-də baş tutacaq.

Elnur Hüseynov yarışmadan əvvəl Türkiyənin «Hürriyyət» qəzetinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– «O Ses Türkiye»de birinci olandan dərhal sonra Azərbaycanı «Eurovision»da təmsil etmək təklifi aldın. Nə düşündün?

- Doğurdan çox sürətli oldu. Bir yarışmadan yeni çıxmışdım, bir başqa yarışmada iştirak etmək təklifi aldım. Nəticədə hər ikisi kiçikmiqyaslı işlər deyildi. Çox həyəcan verirdi.

– 2008-ci ildə də ölkəni «Eurovision»da təmsil etmişdin, səkkizinci olmuşdun. Səncə, Türkiyədəki uğurunun ardından «Elnur bu dəfə də iştirak etsin» dedilər?

- Bəlkə də. Təbii, «O Ses Türkiye»dəki qazandığım yerdən təsirlənmiş ola bilərlər...

– Rusiyadakı «The Voice»da yarışmaq imkanın ola-ola, «O Ses Türkiye»ni seçmişdin. Nəyə görə?

– Amsterdamda oxuyan vaxt dostlarım Rusiyadakı müsabiqədə iştirak etmək üçün müsabiqəyə mənim adımdan video göndərmişdilər. Ancaq orada yarışmaq istəmirdim.

– Problem rus dili ilə bağlı idi?

- Xeyir, mən rus dilini bilirəm, rus dilində mahnı da oxuyuram. Ancaq istəmədim. Türkiyə bizim qanımızdır, iki dövlət, bir millətik.

– Rusiyada yer tutmaq karyerana daha çox üstünlük yaratmazdı?

- Bəlkə də... Ancaq əsas olan insanlarla aranızdakı hisslərdir.

– Bu hiss qarşılıqsız deyil. Türk xalqının da gözü-qulağı sizdədir. Küçədə adamlara mikrofonu uzadanda sanki bizim üçün yarışacağsınız kimi «Elnur, o mükafatı, al, gəl» deyirlər. Maraqlıdır, bu durum xüsusi basqı yaratmır ki?

- Əksinə, qürur duyuram. Reklam turunda Stokholmda bir marketə girmişdim. Bəzi şeylər aldım. Pulunu verəndə «Elnur necəsən, heç səndən pul alarıq» dedilər. Çox təsirləndim. Hər şeydən əvvəl özümüzün gücünü-qüvvətini hiss etdim. Heç bir yerdə tək olmadığımı bilirəm.

– Səsvermə ilə bağlı nə düşünürsən? «Hour of the Wolf» xaricdə yaşayan türklərin səslərini ala biləcək?

- Mahnımı sevən, mənim qalib gəlməyimi istəyənlər yəqin ki, səs verəcəklər, niyə verməsinlər... Ancaq xüsusi olaraq mən heç kimdən səs istəmirəm. Mənim üçün əhəmiyyətli olan səsdən çox işimi sevmələri, bəyənmələridir. Səhnədə o hissi vermək, «bu hissəni də nə gözəl oxudu» dedirtmək bəsdir. Ümid edirəm ki, bunu bacaracağam.

– Nəticədə bu, bir yarışmadır. Konsert-filan deyil. Heç stressdən gecələri yuxusuz qaldığın olur?

- Olur. Hətta başım şişib. Bir az da səssiz, sakit vaxt keçirmək istəyirəm.

– Səbrinin sonuna gəlmiş kimisən...

- (Gülür) Bir də gördün, qalib gəldim. Nəticəni eşitdiyim vaxt səhnədə ürəyim də gedə bilər, nə bilmək olar.

– Səni bu qədər yoran nədir?

- Reklam turunda ölkə-ölkə gəzdik, danışdıq. Həmin müddətdə tək qalmağım mümkün deyildi. Bu belə məni yordu. Ancaq nə olursa, olsun, bu yolu keçməliyəm.

– Yolu keçsən, nə olacaq?

- Bütün xəyallarımı, istəklərini həyata keçirəcəyəm.

– Yarış qurtarar-qurtarmaz İstanbula gəlib albom çıxaracağını eşitdim.

- Doğrudur. Həm də birini yox, ikisini birdən...

- Necə yəni?

- Albomun birini Avropa yayılması üçün hazırlayırıq. Biri də tamam türkcə olacaq.

- Türkcən necədir?

- Getdikcə yaxşılaşır. Bir il əvvəl türkcə heç nə bilmirdim. Danışmağı «Muhteşem Yüzyıl»a baxıb öyrənmişəm. İndi getdikcə daha yaxşılaşır.

- Bəs neçə dil bilirsən?

- Azərbaycanca, türkcə, ingiliscə, rusca, bir az da polyakca... Ancaq türkcə pop mahnılardan çox türkü oxuya bilmək istəyirəm. Ebru Gündeş-dən mənə bu işin texnikasını öyrətməsini istəyəcəyəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG