Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:30

Bəzənib toy xonçasıtək dünyanın dar ağacları


-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə düşmək üçün bəs etməyib.

Tahirə Əyyubqızı

TOY

Bəzənib toy xonçası tək,

Dünyanın dar ağacları.

Bu toyda nəmər salmağa

Gəlir dünyanın acları.

Çırtıq çalır şah oğlu şah,

Xonça-xonça qəbirlərə.

Vəzir, vəkil sevincini

Şabaş kimi səpir yerə.

Gəlir oğlu naxırçının,

İlxıçının oğlu gəlir.

Bu toyda al-qan olmağa

Ömür-ömür toğlu gəlir.

Gəlin gərdəkdə ağlayır,

Ağlayır gəlin olmağa.

Qarışıbdı şahın başı,

Bu toyda çırtıq salmağa.

Yağır şıdırğı çırtmalar,

Çırtmalardan hökm yağır.

Yerdən “çırtma yığanların”

Başından düşür papağı.

Cavan ömürlər xonçadan,

Düşür yerə papaq-papaq.

Bu toy bir ömürlük toydu,

Gözün aydın, qara torpaq!

GÖYQURŞAĞI

Hamı azadlıq sevir,

hamı azadlıq axtarır

bu yer üzündə.

Rəngbərəngdir azadlıq

insanların gözündə…

Ah, zavalı insan,

zavallı insan!

Rəngbərəng əskilərə

diz çöküb öpdün

Azadlıq yerinə.

Rəngbərəng əskilər asdın

məhlə-məhlə bölünmüş

dünyanın

çəpər dirkələrinə.

Ah, zavalı insan…

Ah, azadlıq acları!

Rəngbərəng əskilər -

Azadlıq kəfəni,

Çəpər dirəkləri -

Azadlıq asılmış dar ağacları…

Ah, zavalı dünya!

Hamı azadlıq axtarır,

hamı azadlıq sevir, bilirəm.

Ancaq mən

göyqurşağını sevirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG