Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 21:48

Tanrının yaratdığı hekayə


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Günay Səma Şirvan


TANRININ YARATDIĞI HEKAYƏ

Yaratdığı min ağacın içində

birini də artırdı Tanrı.

Yavaş-yavaş kök saldı quru səhrada Ağac.

Qasırğalara sinə gərdi...

Günəşə boylandı.

Qol-budağının altında sərinlənənlər,

barından bəhrələnənlər--

bir udum suyu

çox gördülər köklərinə.

Rəhmi gəldi Tanrının yaratdığına,

yağışını bol,

torpağını münbit etdi....

Bu, “insan” deyilənlər

əvvəl “mənimdir” -deyə hasara aldılar,

sonra qanadlarını qırıb

şəkilləri üçün çərçivə düzəltdilər.

Kimsə eşitmədi

qolsuz gövdənin sızıltısını.

Bir gün

unudulacaq Tanrının hekayəsi.

Xatırlamaz insanlar,

səhra belə,

Tanrı belə...



Əl ağacları

Ayağı yer tutanda
hər nəvə bir əl ağacı idi nənəmə.
Xoşbəxtlik olub, çöhrəsinə çilənər,
şaqraq gülüşlərlə
gözlərində şölələnərdilər...

Nə qədər əlindən tutanı vardı--
kimi paltar yuyardı.
kimi ütü vurardı,
kimisi də eləcə--
pərqu balıncına söykənib
xoş xəyallar qurardı, nənəli arzularına.

Ən böyük məsləhətçi,
ən dərin siyasətçi,
ən ürəyiyanan dərdkeş idi nənəmiz.

Qarışqa yuvasına düşmək idi...
Mürəbbəsi kimi dadlı,
qaymağı kimi adlı idi
nənəmgilə getmək.

Günlər keçdi...
“əl ağacları”
bir-bir,
nənəmin ayaqlarını götürüb ocaqdan qaçdı--
Kimi oxumağa,
kimi əsgərliyə,
kimisi də sevgisinin dalınca uçdu.
Ayaqsız qaldı nənəm --

ayaqları torpağı tutmayanda

Deyirlər,
nəvələrdən üzülən əlinə
əl ağacı istəyib, nənəm.
Hər oğul
bir odun parçasından
bir əsa düzəldib nənəmə...

Amma dözməyib ağacın taxta qəlbi
bu ağbirçəkli, qarabəxtli qadınla dərdləşməyə--
ona əl verməyə.
Çat verib,
qat verib,
ömrünü tapşırıb nənəmə.

Hər dəfə əl ağacı dəyişiləndə
nənəm: --"Gəl, gəl, ey allahın ağacı,
görək sənin səbrin nə qədərdir?" --deyərmiş...

Bir gün,
yenə nəvələr yığılmışdı...
Amma bu kəs
çöhrələr peşiman,
gözlər şişkindi.
Dodağına pambıqla su damızdırırdı
nənənin ayaqlarını özləri ilə aparanlar...

Solğun gözlərinin son vidası,
titrək dodaqlarının son nidası
haqqını halal edirdi “əl ağaclarına”...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG