Keçid linkləri

Təcili xəbərlər

Növbəti məchulluğa doğru...


Rusiya prezidenti Vladimir Putin, Çin lideri Xi Jinping və Qazaxıstan prezidenti Nursultan Nazarbaev 9 May paradında - 2015
Rusiya prezidenti Vladimir Putin, Çin lideri Xi Jinping və Qazaxıstan prezidenti Nursultan Nazarbaev 9 May paradında - 2015

-

ƏBƏDİ RƏQİBLƏR...

Əslinə baxanda, onların arasında lap əvvəldən - İkinci Dünya müharibəsindən bəri rəqabət vardı. Nə SSRİ, nə də o biri böyük müttəfiqlər bir-birinə axıracan inanmır və tərəflər savaşsonrası Avropanı hərə ayrılıqda nəzarətə götürməyə çalışırdı.

Bu üzdən müttəfiqlik dönəmi də çox çəkmədi. Müharibə bitəndən az sonra Winston Churchill məşhur «Fulton nitqi»ylə «soyuq savaş» adlanan və təxminən 50 il sürən dövrün konturlarını cızdı. İkinci Dünya müharibəsinin baş aktyorlarından birinin – SSRİ-nin çöküşüylə bu savaş da bitdi. Di gəl, sakitlik çox çəkmədi, olsa-olsa, növbəti qarşıdurmaya hazırlıq xarakteri daşıdı. Az keçmədi ki, münasibətlər yenidən soyuyub-gərginləşməyə başladı. Amma bu haqda bir qədər sonra...

Nədən birdən-birə İkinci Dünya müharibəsini və «soyuq savaşı» xatırlatdıq? Axı artıq o müharibə də, o müharibədəki qələbənin 70-ci ildönümü də arxada qalıb. Məsələ də elə bundadır. Hər şey başa çatandan, hər şey bitəndən sonra müəyyən nəticələrə gəlmək daha asan olur...

KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ...

Bir məqam maraq doğururdu ki, görəsən, keçmiş müttəfiqlər qələbənin yuvarlaq ildönümündə bir araya gələcəklərmi? Maraqlı idi ki, görəsən, Çanaqqala tədbirlərinə qatılmayan Nursultan Nazarbaev Moskvada keçirilən paradda iştirak edəcəkmi? Alexander Lukashenko-nun necə davranacağı da az maraqlı deyildi? Gürcüstan rəhbərliyinin Rusiya paytaxtındakı tədbirə dəvət alıb-almayacağı da maraq doğuran bir başqa məqam idi.

Mayın 8-də Şuşa işğal olunub. Amma Azərbaycan hərbçiləri Şuşanın işğalında əli olan Rusiyanın təşkil etdiyi hərbi parada qatılmağı özlərinə sığışdırdılar...

İndi hər şey bilinir... Böyük müttəfiqlər gəlmədilər - qələbəni öz ölkələrində, həm də çox sadə vəəsasən, hərbi paradsız qeyd etdilər...

Təkcə Rusiya böyük hərbi parad keçirdi. Nə etmək olar, bu ölkə öz vətəndaşlarına həmişə militarist impulslar aşılayır və bu dəfə də öz adətinə xilaf çıxmadı...

Müqayisə üçün deyək ki, Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümündə hərbi parad keçirmədi və bu mərasimin barış niyyətli olduğunu dilə gətirdi. Rusiya isə güc nümayiş etdirmək üçün ən kiçik fürsəti də qaçırmaq istəmir...

QARABASMA DEYİLMİŞ...

İndi nə demək olar? Bir daha göründü ki, növbəti «soyuq savaş» yalnız siyasəttəhlilçilərinin gözünə görünən qarabasma deyil və həqiqətən də mövcuddur. Bunu, təbii ki, daha yumşaq tonda ifadə etmək olardı, amma hər şeyin öz adıyla çağırılması daha doğru davranışdır...

...Elə Azərbaycandakı canfəşanlığı da öz adıyla çağırmaq lazımdır. Bunu etməmək də olardı. Ən azı ona görə ki, mayın 8-də Şuşa işğal olunub. Amma Azərbaycan hərbçiləri Şuşanın işğalında əli olan Rusiyanın təşkil etdiyi hərbi parada qatılmağı özlərinə sığışdırdılar...

Etiraf etmək lazımdır ki, son vaxtlar Rusiya ilə münasibətləri daha da istiləşdirməyə həddindən artıq səy göstərilir. Amma bilmək olmur ki, bunu Azərbaycanın milli maraqları diktə edir, yoxsa ölkə hakimiyyətinin çıxarları...

İndi start götürən «soyuq savaş»ın bir özəlliyi də odur ki, konturlar hələ dəqiq deyil. Bu siyasi teatrda hələ də öz yerini müəyyənləşdirməyən ölkələr var. Çox güman, hələ bir müddət də belə qalacaq, axı indiki soyuq qarşıdurmanın əvvəlki kimi ciddi ideoloji əsasları yoxdur. İndi görünən odur ki, dünya ölkələri, sadəcə, Rusiyanın təcavüzkar hərəkətlərinin qarşısını almağa cəhd göstərirlər...

Üzdən baxanda, adamaelə gələ bilər ki, Azərbaycan çox məharətlə manevr edir. Di gəl, digər istiqamətlərdə, məsələn, Qərblə münasibətlərdə bu manevri nədənsə sezmirik. Hətta düşünürsən ki, bu Avropa Oyunları bitsəydi, hakimiyyətin anti-Qərb ritorikası da bir az səngiyərdi...

BU AVROPA OYUNLARI BİTSƏYDİ...

Bu prosesdə Azərbaycanın da daha çox Rusiyanın yanında görünməsini anlamaq olardı - bəzən adi coğrafiya təmasları sıxlaşdırır, münasibətləri sahmanlayır. Amma narahatlığa əsas verən həm də odur ki, Qarabağ probleminin yaranmasında və inkişafında məhz Rusiyanın müstəsna rolu olub və bu rolindi də var...

Üzdən baxanda, adamaelə gələ bilər ki, Azərbaycan çox məharətlə manevr edir. Di gəl, digər istiqamətlərdə, məsələn, Qərblə münasibətlərdə bu manevri nədənsə sezmirik. Hətta düşünürsən ki, bu Avropa Oyunları bitsəydi, hakimiyyətin anti-Qərb ritorikası da bir az səngiyərdi...

HAMI ÖZ EVİNDƏ QALSA DA...

...Amma bunlara baxmayaraq, bütün bu proseslərdə, xüsusən 9 Mayla bağlı tədbirlərdə əsas nəticə o oldu ki, dünya ölkələri faşizmə münasibətdə həmrəylik göstərdi. Hətta bu həmrəyliyi öz evində dilə gətirsə də...

Lap əvvəldə qeyd etdik ki, qarşılıqlı qısqanclıq həmişə olub. Məsələn, sovet dərsliklərində böyük müttəfiqlərin qələbədəki payı həmişə az, hətta yox dərəcəsində göstərilirdi. Elə böyük müttəfiqlər də (söhbət, ilk növbədə ABŞ və Böyük Britaniyadan gedir – red.) həmişə öz rollarını şişirtməyə cəhd edirdilər... Bunu, bəlkə də, anlamaq olar, axı hamı qələbədən daha böyük pay götürməyə cəhd göstərir...

Anlaşılmayan daha çox indiki Rusiya hakimiyyətidir. Onların paradı çox soyuq keçdi. Gözlənilən təntənə alınmadı... Daha çox bilinməzlik gözə çarpdı və bir daha göründü ki, dünya daha bir bilinməzliyə üz tutub. Elə bir bilinməzliyə ki ölkələrin birində hakimiyyətin dəyişməsiylə bitə bilər. İkinci variantda bilinməzlik uzandıqca-uzanacaq. Əgəriki ölkə dünyanı yenidən bölmək qərarına gəlsə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG