Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

ABŞ İD-in hücum iddiasını araşdırır


ABŞ rəsmilərindən biri deyib ki, burada İD-in yalnız “ilhamverici” rolu ola bilər.

ABŞ müstəntiqləri Texasda Məhəmməd peyğəmbərin karikaturalarının sərgisinə basqının arxasında İD-in durduğuna dair bu təşkilatın iddiasını araşdırır.

Rəsmilər bildiriblər ki, bazar günü baş vermiş hücumun arxasında birbaşa İslam Dövləti təşkilatının dayanmasına inanmırlar.

İD özünün rəsmi internet radiosunda bildirib ki, bu hücumu “xilafətin iki əsgəri” həyata keçirib.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, adamlar bu təşkilatın qabiliyyətinə həddən artıq qiymət verirlər.

Hücum edənlərin hər ikisi polis tərəfindən öldürülüb.

ABŞ rəsmilərindən biri deyib ki, burada İD-in yalnız “ilhamverici” rolu ola bilər.

XS
SM
MD
LG