Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Azərbaycan Malayziya üçün vizasız rejim tətbiq edəcək


Malayziyalılar hazırda Azərbaycan vizası üçün 188 rinq (55 manat) ödəyirlər.

Malayziyanın Azərbaycandakı səfiri Datuk Roslan Abdul Rahman bildirib ki, rəsmi Bakı ilin sonunadək malayziyalılar üçün 30 günlük vizasız səfər rejimi tətbiq etməyə hazırlaşır.

Bundan əvvəl belə bir təkliflə Malayziya hökuməti çıxış edib.

Onun sözlərinə görə bu barədə müvafiq sənədlər hazırda iki ölkənin daxili işlər nazirliklərində öyrənilir.

Səfir deyib ki, azərbaycanlılar indi istədikləri vaxt Malayziyaya vizasız olaraq 30 günədək müddətdə səfər edə bilərlər.

Malayziyalılar hazırda Azərbaycan vizası üçün 188 rinq (55 manat) ödəyirlər.

Cənab Roslan bu bəyanatı ASEAN-ın maliyyə nazirləri və bank direktorları üçün təşkil etdiyi ziyafətdə verib.

XS
SM
MD
LG