Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:34

Helsinki Komissiyasının sədri Azərbaycana çağırış etdi


Chris Smith
Chris Smith

-

3 may - Dünya Mətbuat Azadlığı günündə ABŞ Nümayəndələr Palatasının üzvü, Helsinki Komissiyasının sədri Chris Smith bəyanatla çıxış edib. O, ATƏT regionunda və kənarda həyatını riskə ataraq korrupsiya, münaqişə faktlarını və insan haqları pozuntularını sənədləşdirən jurnalistləri cəsarəti və peşə sadiqliyinə görə alqışlayıb.

«ATƏT-in bir sıra üzv dövlətlərində hökumətlər peşəkar jurnalistikanı hədələmək üçün mürəkkəb taktikadan istifadə edir. Siyasi narazıları susdurmaq üçün jurnalistlər həbsə atılır. Bu, Helsinki Yekun Aktında təsvir olunmuş fundamental azadlıqlar və insan haqları öhdəliklərini üzərinə götürmüş ölkələr üçün qəbuledilməzdir. ATƏT-in bütün üzv dövlətlərini, xüsusilə Türkiyə, Azərbaycan və Özbəkistanı həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırıram».

«Təəssüf ki, ATƏT regionundakı jurnalistlərin həyatı gündəlik olaraq təhlükədədir. Bu, xüsusilə münaqişə zonalarından xəbər hazırlayan media təmsilçilərinə aiddir. Rusiya-Ukrayna münaqişəsi nəticəsində jurnalistlərə 200-dən çox hücum olub».

Mayın 5-də Chris Smith Nümayəndələr Palatasında 2015-ci il Dünya Mətbuat Azadlığını Qoruma Aktını təqdim edəcək. Həmin qanunvericilik aktı prezidentə səlahiyyət verəcək ki, mətbuat azadlığına ciddi təhlükə yaradan şəxslərə viza verilməsin; Amerika jurnalistlərinin hədələndiyi və təqib olunduğu ölkələrin dövlət media təşkilatları rəhbərlərinin ABŞ-da fəaliyyəti məhdudlaşdırılsın. Eyni zamanda sənəddə ABŞ hökumətinə çağırış olunur ki, mətbuat və İnternet azadlığını beynəlxalq sazişlərə, ticarət razılaşmalarına daxil etsin.

Hazırda Azərbaycanda jurnalistlər və bloqqerlər olmaqla onlarla məhbusu beynəlxalq qurumlar «siyasi» və «vicdan» məhbusu kimi tanıyıb. Hakimiyyət isə ölkədə siyasi motivli həbslərin olmadığını deyir, fərdlərin konkret cinayətlərə görə saxlandığını bildirir.

XS
SM
MD
LG