Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:43

Hərbi əlil İcra Hakimiyyətindən mənzil tələb edir


Arxiv fotosu
Arxiv fotosu

-

Sumqayıt sakini Arif Məmmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə evsizlikdən şikayət edib. Deyir, 2006-cı ildə cəbhə xəttində hərbi xidmətdə olarkən minaya düşüb. Nəticədə bir ayağını itirib:

"İstəyirəm köməklik etsinlər. İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, deyiblər ki, sənə ev düşmür. İkiotaqlı darısqal evdə valideynlərimlə və digər ailə üzvlərimlə şəraitsiz vəziyyətdə yaşayırıq".

Arif Məmmədov deyir ki, 25 yaşı var, evsizlikdən evlənə də bilmir. Deyir, bilmirəm canımın qeydinə qalım, yoxsa evsizliyimin.

"MƏNƏ BİRİ BAXMALIDIR"

"Atam da birinci qrup əlildir. Mənə də, ona da qoca, xəstə anam baxır. Anamdan sonra vəziyyətim necə olacaq, bilmirəm. İki ayağı olmayan adama kim baxar? Mütləq mənə birisi baxmalıdır. Bunun üçün də mütləq evlənməliyəm. Bizim evdə əlilə şərait yoxdur".

Sumqayıt rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilən binalardan mənzil verilməsi yalnız şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri üçün nəzərdə tutulur. Gələcəkdə hərbi xidmət əlilləri üçün mənzil inşa olunarsa, bu məsələyə baxıla bilər.

XS
SM
MD
LG