Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:40

AMEA-nın illik ümumi yığıncağı keçirilib


Yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edib.
Yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edib.

-

Aprelin 29-da AMEA Rəyasət Heyətində AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilib.

AMEA-nın yaydığı xəbərə görə, yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, dövlət və ictimai təşkilatların nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar akademiyanın institutlarının və elmi tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.

AMEA-nın akademik-katibi Rasim Əliquliyev hesabatla bağlı sualları cavablandırıb.

«Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı» ilə Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafındakı xidmətlərinə görə akademik Arif Məlikov mükafatlandırılıb. Bu mükafata Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Zhores Alferov da layiq görülüb.

Tədbirdə elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə AMEA-nın adlı mükafatları təqdim edilib. Akademik Cəmil Əliyev Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Əliyev Nəsrəddin Tusi, akademik Musa Rüstəmov Akademik Yusif Məmmədəliyev, akademik Teymur Bünyadov Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova Akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Talıbov Həsən bəy Zərdabi və geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd Çıraqov Akademik Musa Əliyev adına mükafatlarla təltif olunublar.

Daha sonra gizli səsvermə yolu ilə AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçirilib. Akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika, akademik Dilqəm Tağıyev Kimya, akademik Fəxrəddin Qədirov Yer, akademik Teymur Kərimov Humanitar, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər bölmələrinin və akademik Fuad Əliyev Gəncə Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.

Ümumi yığıncağın qərarı ilə AMEA-nın illik hesabatı qənaətbəxş hesab edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG