Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Azərbaycanlı yazıçıya 5 illik həbs cəzası kəsildi


Eduard Bağırov
Eduard Bağırov

-

Əslən azərbaycanlı olan Rusiya yazıçısı Eduard Bağırova Moldovada 5 illik cəza kəsiblər.

Onu "Moldovada ictimai-siyasi sabitliyi pozmaq cəhdində, 2009-cu ilin 5 aprel tarixli parlament seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə təxtibatçı hərəkətlərdə" təqsirli biliblər.

Kişinyov məhkəməsi bu hökmü qiyabi çıxarıb. Çünki yazıçı Rusiyaya qaçırılıb.

6 il əvvəl parlament seçkilərində kommunistlər qalib gələndə Avropayönümlü qüvvələr dinc etiraz aksiyaları təşkil etmiş, sonradan bu aksiyalar iğtişaşla nəticələnmiş, parlament binası yandırılmışdı.

Qərbyönümlü partiya liderləri iğtişaşları pisləmiş, bunun provakasiya olduğunu demişdilər.

Bağırovu 2011-ci ildə Kişinyovda həbs etmişdilər. O əvvəl təcridxanada saxlansa da, sonradan cəzası ev dustaqlığı ilə əvəzlənmişdi.

Bundan bir neçə ay sonra yazıçı separatçı Dnestryanı ərazisi ilə Rusiyaya qaça bilmişdi.

Rəsmi Kişinyov onu beynəlxalq axtarışa vermişdi.

Bağırov 2012-ci ildə Vladimir Putinin Rusiyadakı prezident seçkilərində səlahiyyətli nümayəndələrindən olub.

XS
SM
MD
LG