Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:12

BMT-nin işgəncələrə qarşı alt komitəsi hökumətə çağırış etdi


BMT
BMT

-

BMT-nin işgəncələrə qarşı qurumu Azərbaycana məhdudiyyətsiz giriş imkanlarını alqışlayır və daha çox müdafiə mexanizmlərinin tətbiqinə çağırır.

Bu haqda İşgəncələrin Qarşısının Alınması üzrə BMT-nin Alt Komitəsinin (SPT) nümayəndə heyətinin adından yayılan bəyanatda deyilir.

Bəyanatda o da deyilir ki, SPT hökuməti azadlıqdan məhrum edilən bütün şəxslərin hüquqlarının müdafiəsi yönündə daha çox səy göstərməyə çağırır.

Nümayəndə heyətinin rəhbəri Aisha Shujune Muhammad deyib ki, hökumət azadlıqdan məhrum edilən bütün şəxslər üçün vəkil və həkim xidmətinin əlçatan olması, ailə ilə əlaqənin yaradılması da daxil olmaqla bütün fundamental hüquqi və prosedur haqları təmin etməlidir.

Nümayəndə heyəti aprelin 24-də SPT-nin ilkin müşahidələrini konfidensial olaraq hökumətə təqdim edib. Səfərdən sonra SPT müşahidə və tövsiyələrdən ibarət hesabatın hazırlayacaq. Hesabat da məxfi olaraq hökumətə çatdırılacaq. Xanım Muhammad hökuməti gələcək hesabatı ictimaiyyətə açıqlamağa çağırıb: «Ümid edirik ki, Azərbaycan hökuməti işgəncə və digər qeyri-insani rəftar hallarının qarşını almaq, habelə azadlıqdan məhrumetmə yerlərinin şəraitini daha da yaxşılaşdırmaq istiqamətində bizim hesabatdan geniş istifadə edəcək».

Dörd nəfərlik nümayəndə heyəti aprelin 16-dan 24-dək Azərbaycanda olub. Səfər ötən ilin sentyabrında təxirə salınıb. Bəyanatda deyilir ki, buna səbəb «rəsmi qurumların əməkdaşlıq etməməsi»dir.

BMT ekspertlər qrupu azadlıqdan məhrumetmə yerlərində olub, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi heyət və azadlıqdan məhrum edilən şəxslərlə fərdi və məxfi müsahibələr keçirib. SPT heyəti, həmçinin, rəsmi qurumlar, Milli Preventiv Mexanizm kimi tanınan müstəqil monitorinq qrupunun üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə də görüşüb.​

XS
SM
MD
LG