Keçid linkləri

Təcili xəbərlər

Deyəsən, hər şey tərsinə olacaq...


Serzh Sarkisian və Recep Tayyip Erdoğan - 2010
Serzh Sarkisian və Recep Tayyip Erdoğan - 2010

-

TÜRKİYƏ YARIŞMAQ NİYYƏTİNDƏ OLMASA DA...

Türkiyənin baş naziri Ahmet Davutoğlu-nun 24 aprel ərəfəsi Ermənistana başsağlığı verməsi birmənalı qarşılanmadı...

Bundan gileylənən və hətta narazı qalanlar oldu. Amma düşünürəm ki, baş nazir doğru davrandı...

Çox yaxşı olardı ki, Ermənistan hakimiyyəti də bunun qarşılığını verəydi, axı o illərdə Türkiyədə ermənilər də, türklər də həlak olmuşdular.

Amma bəlkə də demək artıqdır ki, indi Ermənistanın diqqəti daha çox 24 apreldə düzənlənəcək mərasimlərə yönəlib. Düzdür, ilkin xəbər və müjdələr Ermənistan hakimiyyətinə elə də böyük dividentlər vəd etmir - deyilənlərə görə, tədbirlərə yalnız dörd ölkənin prezidenti qatılmaq niyyətindədir...

Əvəzində Türkiyədəki Çanaqqala tədbirlərinə, ən azı, 20 ölkənin başçısı təşrif buyuracağını dilə gətirib. Təbii ki, bunu qələbə və yaxudüstünlük saymaq düşüncəsindən çox-çox uzağam. Bəlkə də Ermənistanda kimsə bunda da bir yarış cəhdi görür, amma türklər belə yanaşmadan uzaq təsir bağışlayırlar...

Çox yaxşı olardı ki, Ermənistan hakimiyyəti də bunun qarşılığını verəydi, axı o illərdə Türkiyədə ermənilər də, türklər də həlak olmuşdular.

Hətta yadıma gəlir ki, Çanaqqala zəfərinin 100 illiyinə dair tədbirlər qərarlaşdırılanda Türkiyə hökumətinin təmsilçisi kiminləsə yarışmaq, kiməsə mane olmaq və ya kiməsə cavab vermək məqsədi güdmədiklərini vurğuladı...

Axı Türkiyə hökuməti də, prinsip etibarilə, Osmanlı dönəmində ermənilərlə problem yaşanmasını danmır və bir siyasi varis kimi bunu böyük hüznlə anır. Başlıca fərq odur ki, Ermənistandan fərqli olaraq, rəsmi Ankara həmin hadisələri soyqırımı saymır və öz mövqeyini dəlil-sübutlarla əsaslandırmağa həmişə hazırdır...

...AMMA ADAM AZCA TƏHLİL ETMƏK DƏ İSTƏYİR

Dedim ki, aprelin 24-də Türkiyə və Ermənistanda baş verəcək hadisələri müqayisə etmək və ən başlıcası, kimin qazanclı çıxmasını araşdırmaq fikrindən uzağam. Di gəl, bir təhlilçi xarakteri adama rahatlıq vermir və nə qədər çalışsan da, yenə qeyri-ixtiyari, müəyyən siyasi qənaətlər çıxarmağa cəhd göstərirsən...

Daha təəccüblüsü, bəlkə də maraqlısı, tədbirlərə Serbiya prezidentinin də qatılacağı barədə xəbərlər oldu...

Qısası, Ermənistandakı tədbirlərə Rusiya və Fransa prezidentlərinin qatılacağını eşidəndə təəccüblənmədim. Bundan Minsk Qrupuna aid nəticələr də çıxarmaq istəmədim. Ən azı ona görə ki, bu haqda indiyədək çox deyilib və çox yazılıb. Bir məqam da diqqət çəkir ki, Fransa prezidenti Bakıya da gələcək. Deməli, bununla Yerevana səfərlərinin siyasi təsirlərini bir qədər balanslaşdırmağa çalışacaq...

Daha təəccüblüsü, bəlkə də maraqlısı, tədbirlərə Serbiya prezidentinin də qatılacağı barədə xəbərlər oldu...

Heç sözsüz, Serbiya özəl çəkili, region və dünyada ayrıca rol oynayan ölkələrdən sayılmaz. Güman edirik ki, bu fikirlə hamı razılaşar. Serbiya prezidentinin Yerevana getməsi bu ölkə ilə Azərbaycan arasında get-gedə sıxlaşan əlaqələr fonunda baş verir. Hətta dövlət başçılarının qarşılıqlı səfərləri də olub. Üstəlik, Kosovonun müstəqilliyini tanımayan Azərbaycan müəyyən mənada Serbiyanın hüsn-rəğbətini də qazanmışdı. Amma bu da bir gerçəkdir ki, aprelin 24-də Serbiya prezidenti Ermənistanın yanında olmağa qərar verib...

Fikrimcə, ən maraqlısı odur ki, Serbiyanın son 20-30 ildəki tarixi ondan ötrü Azərbaycanı və bu ölkənin problemlərini daha anlaşıqlı edir, nəinki qonşu Ermənistanı...

Görəsən, indiki Rusiya Türkiyəyə münasibətində özünü hansı dövlətin varisi saymağa meyllənir - çar Rusiyasının, yoxsa sovet Rusiyasının?

Amma nə demək olar? Bəzən siyasətin bəzi qat və «qırış»larını adi məntiqdən çox subyektiv duyğularla anlamaq daha asandır...

TƏKCƏ MƏNTİQ YETMƏZ...

Bir məsələni də qeyd etməyə bilmirik. Elə Rusiyanın da siyasətində maraqlı məqamlar az deyil. O dönəmdə və bir az ondan sonra, təxminən 1915-1923-cü illər arasında Rusiya iki siyasi tale yaşamışdı. Bu ölkə həmin proseslərə çar Rusiyası kimi başlamış və sovet Rusiyası kimi onu başa vurmuşdu... Burada Lenin Rusiyası - Mustafa Kamal Türkiyəsi və bu aspektdən olan digər problemləri bir daha çozməyimiz artıq olardı. Bunu indi əksəriyyət bilir. Bircə onu deyək ki, o vaxt sovet Rusiyası, əslində, hər yandan basqılara məruz qalan Türkiyənin yeganə müttəfiqi və onu tanıyan tək-tük dövlətdən biri idi... Bu əlaqələrin çalarları, Mustafa Kamalla (hələ Atatürk deyildi...) Vladimir Lenin-in münasibətləri bəlli və danılmaz faktlardır...

O üzdən, məncə, bir sual bütün hallarda maraq doğurur: Görəsən, indiki Rusiya Türkiyəyə münasibətində özünü hansı dövlətin varisi saymağa meyllənir - çar Rusiyasının, yoxsa sovet Rusiyasının?

Bunu ona görə vurğulayıram ki, indiki Rusiya prezidentinin sovet Rusiyasına da simpatiyası az deyil və bunu vaxtaşırı büruzə verir... Amma nə etmək olar? Görünür, elə həqiqətən də, təkcə məntiqlə siyasəti tam anlamaq mümkün deyil...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG