Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

ABŞ Hərbi Dəniz Donanması Yəmən sahillərinə əlavə gəmilər göndərib


İran gəmiləri Fars körfəzində
İran gəmiləri Fars körfəzində

ABŞ Hərbi Dəniz Donanması Yəmən sularına əlavə olaraq bir təyyarədaşıyan və bir raket kreyseri göndərib.

ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyanı və müşayətçi “Normandy” kreyseri Ərəb dənizinə Fars körfəzindən keçib.

Yəmən sularındfa ABŞ-ın artıq 7 hərbi gəmisi var.

ABŞ bildirir kİ, gəmilərin bura göndərilməsinə səbəb bölgədə baş verən sabitsizlikdir.

Xəbər verilir ki, ABŞ gəmiləri eyni yerə gələn 7 gəmidən ibarət İran eskadrasının hərəkətlərini diqqətlə müşahidə edir.

Amerika rəsmiləri bildiriblər ki, onlar İranın Yəməndəki husi qiyamçılarına silah gətirmək niyyətindən şübhəlidirlər.

Şiə husilərinİran tərəfindən dəstəkləndiyi güman edilir.

İran Səudiyyə Ərəbistanının Yəmənə hava reydlərinin əleyhinə çıxış edib.

Təhlilçilər bildirirlər ki, Yəməndə qiyamçı husilərlə qanuni hökumət arasındakı münaqişə məzhəb müharibəsinə çevrilə bilər.

Bölgədəki Amerika gəmilərində ümumilikdə 2200 dəniz piyadası var.

XS
SM
MD
LG