Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:13

Misir məhkəməsi erməni rəqqasəni azadlıqdan məhrum edib


“Səfinaz” adı ilə tanınan rəqqasə Sofinar Gourian Qırmızı dəniz kurortlarından birində qonaqlar qarşısında çıxış edərkən əyinə Misir bayrağına bənzəyən dar paltar geyinibmiş.

Misir məhkəməsi məşhur erməni göbək rəqqasəsini “ölkənin dövlət bayrağını təhqir etdiyinə görə” altı ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmədə bildirilib ki, “Səfinaz” adı ilə tanınan rəqqasə Sofinar Gourian Qırmızı dəniz kurortlarından birində qonaqlar qarşısında çıxış edərkən əyinə Misir bayrağına bənzəyən dar paltar geyinibmiş.

Qərbi Qahirədə Aquza rayonunun məhkəməsi rəqqasəni 2 min dollar məbləğində cərimə etdikdən sonra onu əlavə olaraq 1500 dollara appelyasiya müddəti üçün zaminə buraxıb.

“Dövlət bayrağının təhqiri” maddəsi cinayət məcəlləsinə 2013-cü ildə Misirə bir il rəhbərlik etmiş keçid prezidenti Adly Mansour tərəfindən daxil edilib.

Misirdə yaşayan Gourian məhkəməyə bildirib ki, bayrağı bilərəkdən təhqir etməyib və o sadəcə olaraq ölkə qanunlarını yaxşı bilmirmiş.

XS
SM
MD
LG