Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Partlayış qurbanının valideynləri Tsarnaev üçün mərhəmət istədilər


Dzhokhar Tsarnaev
Dzhokhar Tsarnaev

Bill Martin-in ata-anası çeçen barədə mümkün edam hökmünün ömürlük həbsxana cəzası ilə əvəzlənməsini xahiş edirlər.

Boston marafonunda törədilmiş partlayış zamanı həlak olmuş 8 yaşlı oğlan uşağının valideynləri partlayışı törədən Tsarnaev-ə ölüm hökmünün çıxarılmaması xahişi ilə fedral prokurorluğa müraciət ediblər.

Bill Martin-in ata-anası çeçen barədə mümkün edam hökmünün ömürlük həbsxana cəzası ilə əvəzlənməsini xahiş edirlər.

Onlar deyibllər ki, ölüm hökmünün çıxarılmasından sonra uzun-uzadı appelyasiyalar başlanacaq və bu da bütün tərəflərin iztirablarını artıracaq.

Ötən həftə münsiflər məhkəməsi Tsarnaev-i qəsdən adam öldürməkdə təqsirli bilib.

Partlayış nəticəsində sözü gedən uşağın valideynləri də yaralanmışdılar.

Valideynlər öz çıxışlarında bir dəfə də olsun “Tsarnaev” adını çəkmir, onu “təqsirləndirilən” adlandırırlar.

XS
SM
MD
LG