Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:37

Kreml Amerika hərbi təlimçilərinin Ukraynaya gəlişini tənqid edir


ABŞ hərbçiləri Lvovda
ABŞ hərbçiləri Lvovda

-

Rusiya 300 ABŞ desantının Ukrayna Milli Qvardiyasının hərbi birləşmələrinə təlim keçmək üçün gəlməsini tənqid edib. Moskva hesab edir ki, onların bu addımı böhranla parçalanmış ölkədəki vəziyyəti gərginləşdirə bilər.

Rusiya prezidenti Vladimir Putin-in mətbuat katibi Dmitry Peskov jurnalistlərə deyib:

«Daxili münaqişələrin həll edilmədiyi Ukraynanın ərazisində üçüncü ölkədən olan təlimçi və ya mütəxəssislərin olması .... sabitliyi poza bilər».

ABŞ ordusu aprelin 16-da desantların Ukraynaya gəlməsi haqqında xəbər yayıb. Xəbərdə deyilir ki, onlar Ukrayna ehtiyat qüvvələrinin 900 üzvünə təlim keçəcəklər. Təlimlərdə məqsəd könüllülərin və hakimiyyətyönlü silahlıların hökumətin nəzarətinə keçməsini təmin etməkdir.

Təlim əməliyyatları Lvovda aparılır. Bu region Ukraynanın şərqində rusiyapərəst silahlıların əllərində saxladığı və hökumət qoşunları ilə vuruşduğu Donetsk və Luqansk vilayətlərindən 1000 kilometr aralıda yerləşir.

Briqada təlimlərinin zabiti, ABŞ ordusunun mayoru Jose Mendes deyib: «Amerikalı təlimçilər hərbi-döyüş əməliyyatlarının aparılmasının təlimi ilə məşğul olacaqlar. Buraya həm də hərbi qərargahların peşəkarlığının, bacarıq səviyyəsinin saxlanması və yüksəlməsi üçün təlimlər daxildir».

XS
SM
MD
LG